vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 23 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MEDİA-QHT  
150 ilə sonraya nə qalacaq? 09:57 | 23 iyul 2025 | Çərşənbə Məqaləyə 311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

150 ilə sonraya nə qalacaq?

İnformasiya mediası ona məna qazandıran müəlliflərini “boşadı”

Aqşin YENİSEY

MÖVZU İLƏ ƏLAQƏLİ

Günümüzün cəhalət mühitinin yaradıcılarından biri informasiya mediasıdır. Ənənəvi medianın müəllifsizləşdirilməsi, yalnız informasiya ötürücüsü roluna təhkim edilməsi və bunu üstünlük kimi anlaması onu məna, məzmun yaratmaq öhdəliyindən arındırdı.

Media mənadan uzaqlaşdıqca cəmiyyət də mənasızlaşdı. Hər şeyin məna, məzmun deyil, informasiya olduğu fikri siyasi deyil, iqtisadi maraqlara xidmət edirdi.Hər şeyi informasiyaya çevirmək, görünən, əlçatan etmək hər şeyi piştaxtaya məhkum etmək üçün lazım idi.

Piştaxtaya qoyulan hər şey isə – qaranlıq inanclarımızdan tutmuş çılpaq bədənlərimizə qədər – müştəri üçündür. Satılıqdır, bazar dəyəri var.Qlobal bazarkomlar ən birinci medianı məna örtüyündən soyundurdular.

İnformasiya mediası lüt, çılpaq mediadır.

Neoliberal rejimin tələsinə düşüb çılpaq şəkillərini rahat paylaşmaq, sponsorlu həyat yaşamaq üçün ərindən boşanan “dingil” qadınlar kimi informasiya mediası da ona məna qazandıran müəlliflərini boşadı.

Klassik medianı yaradanların heç biri jurnalist deyildi, hamısı müəllif idi. Bu gün biz Zərdabiyə üz tuturuqsa, informasiyaya deyil, mənaya üz tuturuq, məzmunu yad edirik.

Dünən ona görə yazmışdım ki, bizdən 150 il sonraya hansı məna, məzmun miras qalacaq?

Bəs bu günün müəlliflərinin yeri haradır? Sosial şəbəkələrmi? Qətiyyən. Sosial şəbəkələr folklorik mühitdir və bazarın xidmətindədir.

Müəllifin yeri yazılı tarixin heç bir dövründə ona xəyanət etməyən kitab vərəqlərinin arasındadır.

Müəlliflər özləri də informasiya mediasıyla kitaba xəyanət etməməlidir. Onsuz da, informasiya mediasıyla cükküldəşəndən sonra ağlı başına gələn müəllif gec-tez ona sədaqətli olanın yanına qayıdacaq – KİTABA!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)