
Mütəxəssislər xəbərdarlıq edir
Süni intellekt hallüsinasiya görür
Süni intellekt hallüsinasiya görür
Azərbaycanın ilk Süni İntellekt Akademiyası dərslərə başlayır
Avropanın ilk riyazi əsəri
... Yaxud doğum günü riyaziyyatçılar üçün başlanğıc nöqtəsidir
Yeni kəşf piylənmə ilə mübarizə aparmağa kömək edə bilər
Stiven Hokinq ölümündən qısa müddət əvvəl dünya üçün dəhşətli proqnoz verib
Kosmos-zaman anlayışı kvant məlumatının məhsulu ola bilər
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Problemlər insanların onları beyinlərində böyütdükləri boyda olur
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Dəyər yaradıcılığı ancaq doğma dilində düşünəndə alınır
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
... Yaxud duellərin sayını azaldan riyaziyyatçı
Emmi Nyoter (Emmy Noether, 1882-1935) XX əsrin ən böyük qadın riyaziyyatçısı sayılır. Albert Eynşteyn bu qadını riyaziyyat tarixinin ən böyük yaradıcı dahilərindən biri hesab edirdi.
Abstrakt cəbrin kraliçası sayılan Emmi Almaniyada, Bavariya əyalətində yəhudi ailəsində dünyaya gəlib. O, bir çox dahilər kimi uşaq vaxtı qeyri-adi qabiliyyətlər nümayiş etdirməmişdi.
Ancaq 1903-1904-cü məşhur Göttingen Universitetində bir semestr dərs aldı və burada Hermann Minkovski, Feliks Klein kimi alman riyaziyyatçılarının mühazirələrini dinlədi.
Orada keçirtdiyi iki il onu Elm tarixinin ən böyük qadın alimlərindən birinə çevirdi.
1918-ci ildə Emmi Nyoter fiziki sistemlərin simmetriya qanunlarını və enerjinin saxlanması qanununu birləşdirən teoremi isbat etdi. 36 yaşı var idi, teoremə onun adı verildi.
O, zaman və məkanın homogenliyi haqqında elə mühüm nəticələr çıxardı ki, dünyanın fiziki mənzərəsini qurmaq üçün yeni perspektivlər açdı.
Əgər nəzəri fizika haqqında bildiyimiz hər şeyi ümumiləşdirən bir tənlik yazsaq onun bir ucunda Feynman, Şrödinger, Maksvel və Dirak, digər ucunda isə Emmy Nyoter olardı…
***
Hitler iqtidara gələndə nasional-sosialistlər bir yəhudi qadının sivilizasiyanın beşiyində sarışın arilərə riyaziyyat dərsi verməsinə dözə bilməzdilər.
Emmi Amerikaya mühacirət etdi.
Emminin qardaşı Frits Nyoter də məşhur riyaziyyatçı, professor idi.
Yəhudi təqibindən qurtulmaq üçün Rusiyaya sığındı, Tomsk universitetində çalışdı.
1941-ci ildə ruslar onu həbs edib güllələdilər.
Amerikaya qaçan Emmi gedib dünya şöhrətli alim oldu, qardaşı isə Rusiyada güllələndi…
Bu gün Emmi Nyoterin doğum günüdür…