
Tələbələr tənbəlləşir
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
Çində ilk qaçış marafonu keçirilib
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
İştirakçıların 73 faizi “Turning” testində insanla robotu ayırd edə bilməyib
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
Dərslər yalnız test kitabçalarına uyğun tədris edilir; təlim-tərbiyə prosesi yoxa çıxır
Dəyər yaradıcılığı ancaq doğma dilində düşünəndə alınır
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
Sam Altman: ““OpenAI”nin tutumla bağlı problemləri məhsulun gecikməsinə səbəb olacaq”
Birliyin qəbul etdiyi aktlar innovativ xüsusiyyətlərin işə salınmasına mane olur
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
18 il əvvəl insult keçirmiş bir xəstədə uğurlu oldu
... Yaxud duellərin sayını azaldan riyaziyyatçı
İnformasiya Texnologiyaları 80-ci illərin sonlarında sürətlə inkişaf etməyə başladı. Bu Sovet ölkələrinə tısbağa yerişi ilə gec gəlib çatsa da, elə çox ləng də inkişaf elədi. Ta ABŞ bu sahədə dünyanı məcburi sürətləndirənə qədər.
Öncə kompüter sistemləri sürətlə inkişaf etdi və ardınca internet peyda oldu. Dünyanın bütün əhalisinin, hər birini bir-birinə bağlayan və eyni zamanda dünya maliyyə və bank sistemlərini sürətlə və zəncirvari özündən asılı vəziyyətə salan bir sistem. Bütün sahələri özünə ram elədi internet.
Daha sonra ABŞ, dünya əhalisinin əksər hissəsi yenicə internetə adaptasiya olduğu müddətdə, daha mükəmməl bir sistem ortaya qoydu, süni intellekt.
Süni intellekti yaratmaqda əsas məqsəd nə idi?
Mənim fikrimcə əsas məqsəd əsrlərdir elmə qoyulan kapitalın arzuolunan nəticə verməməsi və böyük miqdarda elmin və bilikli insanların və onların yaratdıqları yeniliklərin it-bata düşməsi idi. Təsəvvür və diqqət edin, son 50 ildə nə qədər alim yetişib? "Nobel" mükafatını elmin meyarı hesab etsək, görərik son 50 ildə sırf elmlə bağlı bu mükafata heç 1 faiz sahib olmayıb. Digər ödüllər isə siyasi məqsəd daşıyıb.
Bəs dünyanın illərdir təhsilə və elmə ayırdığı milyard dollarlıq pullar hara getdi?
Deməli nəticə sıfıra yaxındır. Buna maneə olan əsas amillərdən biri də dil, tərcümə problemləridir. Təsəvvür edin ki, ucqar bir kənddə və yaxud zəif ölkələrdə bir alim nəsə ixtira edir amma dil və maddi problemlər üzündən həmin elmi üzə çıxara bilmir, yaxud həmin elmə qiymət verəcək alimləri tapa bilmir. Bu kimi problemlər dünyada heç da az deyil. Çində, Hindistanda və c. bir çox əhalisi çox olan ölkələrdə kifayət qədər belə elmli insanlar var və olub. Bu cür problemləri aradan qaldırmaq və təhsilin yeri versiyası olaraq süni intellektin yaradılması vacib idi.
İndi dünyada bir alim var. O da SÜNİ İNTELLEKT.
Əgər bir elmlə məşğul olan və yaxud təhsil alan hər hansı bir şəxs süni intellektə müraciət edirsə, o zaman təhsilə və elmə bu qədər pul ayırmağa gərək varmı? Və yaxud Süni intellektdən istifadə edib necə alim olmaq olar? Bu hazır kitabdan kopya çəkmək kimi bir şey deyil?
Süni intellekt bütün sahələri qısa müddətdə öz təsir dairəsinə sala bildi. Süni intellekt bu gün həm müharibə aparır, həm ixtira edir, həm təhsil, elm verir və həm də insanları müalicə edir. Çində artıq orta məktəblərdə məcburi tədris ediləcək. Bu sistemi ortaya qoyan və yaradan ABŞ, sizcə bütün dünyanı, bütün sahələr üzrə öz təsir dairəsinə salmayıbmı?!
Tək “Wikileaks” layihəsi ilə dünya siyasi arenasının iç üzünü orta qoymadımı? Amma süni intellekt bütün sahələrdə ən güclü bir sistem olaraq irəliləyir. Təbii ki, hələ ki son layihə – sistem olaraq. Bunun davamı yəqin daha möhtəşəm olacaq. Amma təəssüf ki, bu sürətli texnoloji inkişafla yer kürəsinin 10 faiz insanı ayaqlaşmağa hələ hazır deyil.
Amma ABŞ artıq real addımlara əl atır. Təhsil Nazirliyi və departamentləri bağladı. Harvard kimi dünyanın nəhəng və əlçatmaz universitetinə ayrılan yardımı birdəfəlik dayandırdı. Bir sözlə təhsil və elmə ayrılan maliyyə layihələri dayandırılır çünki əlavə xərcdir. Bunu Tramp layihəsi kimi başa düşmək yanlışlıqdır. Bu zamanın nəhəngi süni intellektin tələbidir. Ola bilər ki, müəyyən qanunlar çərçivəsində dayandırılan maliyyələr bərpa edilsin amma bu müvəqqəti olacaq. Süni intellekt üzdə və dərində olan vacib problemləri çözürsə mütəxəssis yetişdirmək və nəticəsi 5 faizdən çox olmayan elm və təhsilə milyardlar ayırmağa nə ehtiyac var? Süni intellektə müraciət elə, cavabını al. Bu qədər sadə.
Bunu orta məktəblərə tətbiq edəndən sonra kitabların da çapına ehtiyac qalmayacaq. Onsuzda hər şey kompüter və mobil telefonda yerləşdirilib. Süni intellekt dünya üçün aşılmaz və böyük baryer yaradan dil problemini birdəfəlik aradan qaldırır. Hər kəs öz dilində danışır və hər kəs də bir-birini rahat başa düşür. Bundan böyük nə ixtira ola bilər? Əvvəl qeyd etdiyim kimi, ucqar kənddə və zəif inkişaf etmiş ölkələrdə hər hansı bir insan öz layihəsini tərcüməsiz, süni intellekt vasitəsilə dünya elm, siyasi və iqtisadi sahəsinə məhz öz yazdığı dildə maneəsiz çıxara biləcək. Siyasilər, ticarətçilər, maliyyəçilər və s. hər kəs öz ixtisas dilində sərbəst mübahisə, mühakimə yürüdə biləcəklər. Bütün bunlar dünya informasiya texnologiyalarının ABŞ sayəsində sürətlə inkişafının nəticəsidir. Siz də deyirsiniz ABŞ müharibədə-siyasətdə uduzacaq. ABŞ-ın ən böyük silahı internetdir. Bunu yaradacaq və yenəcək elə bir ölkə yoxdur, hər bir ölkə buna bağlıdır.
Müharibələri süni intellekt bitirəcək və sülhü də o bağlayacaq.