vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
İndi 20-ci əsr deyil ... 14:33 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İndi 20-ci əsr deyil ...

Rəqəmsal dünyada tələbələrdən kağız formada sənədlər tələb edilir?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız ETN-nin (Elm və Təhsil Nazirliyi) portal.edu.az platformasında elektron formada aparılmalıdır.

Uzun müddət bu sahədə pərakəndəlik olduğundan ötən il ETN, İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və AzTU (Azərbaycan Texniki Universiteti) paralel qeydiyyatdan və kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdilər.

Bu il bu sahədə vəziyyəti öyrənmək üçün kiçik bir monitorinq apardım. Təxminən 40-dək universitetdə tələbə qeydiyyatının hansı formada aparıldığını təhlil etdik.

Aparılan monitorinqlərin nəticəsi göstərdi ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib.  Öndə gedən aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və paralel qeydiyyatdan imtina ediblər.

Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılması haqqında elanlar verib.

Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar  yeni tələbələrlə bağlı bütün məlumatları Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər.

Amma təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var.

Aşağıda bu universitetlərin bir xeylisinin siyahısını təqdim edirəm

Maraqlıdır ki bu universitetlərin içərisində rəqəmsal vəziyyəti yetərincə inkişaf edən , hətta öndə olanlar da var. Amma nədənsə bu universitetlər də kağız qovluqlarda sənəd toplamağa davam edirlər.

Bir daha xatırladıram ki,  hökumət, ETN və İRİA  bütün qeydiyyat prosesini tam olaraq rəqəmsallaşdırıb. Tələbələr üçün zəruri olan sənədlər tələb olunan bütün qurumlara inteqrasiyalar təmin edilib.

Bütün bunlardan sonra  bəzi universitetlərin paralelçiliyi isə yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.

Ümid edirəm ETN, İRİA da bunların fərqindədir.

Yeri gəlmişkən, bəzi universitetlər yalnız elektron qeydiyyata üstünlük versələr də, yenə də hansısa tələb olunan  sənədlərin siyahılarını dərc ediblər.

Əslində bunlar da doğru deyil.

Diqqət !

Dəfələrlə qeyd olunub ki, qeydiyyat üçün portal.edu.az -da öz şəxsi kabinetinə daxil olan tələbə bütün zəruri sənədlərini orada görür və sadəcə onları təsdiq edir. Yəni tələbənin qeydiyyatı normalda 1 dəqiqə çəkir.

Beləliklə, paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlərin siyahısını təqdim edirəm:

1. Azərbaycan Dövlət Pedaqoji Universiteti (kağız formada sənədlər tələb edir)

2. Xəzər Universiteti (kağız formada sənədlər tələb edir)

3. Azərbaycan Memarlıq ve İnşaat Universiteti (kağız formada sənədlər tələb edir)

4. Azərbaycan Tibb Universiteti (kağız formada sənədlər tələb edir)

5. Azərbaycan Dillər Universiteti (kağız formada sənədlər tələb edir)

6. Qərbi Kaspi Universiteti (kağız formada sənədlər tələb edir)

7. Azərbaycan Dövlət Aqrar Universiteti (kağız formada sənədlər tələb edir)

8. Azərbaycan Turizm ve Menecment Universiteti (kağız formada sənədlər tələb edir)

9. Dövlət İdarəçilik Akademiyası (kağız formada sənədlər tələb edir)

10. Bakı Biznes Universiteti (kağız formada sənədlər tələb edir)

11. ADA Universiteti (3 pilləli qeydiyyat tələb olunur)