
Rus dilində təhsilin ləğvinə başlanıldı
İlk öncə ali təhsil müəssisələrində
İlk öncə ali təhsil müəssisələrində
... Yaxud kağız üzərində tərtib olunan akademik göstəricilər
İndiki doktorluq mövzuları magistr dissertasiyalarından fərqlənmir
20 ildən sonra informatika fənni üzrə kurikulum tam yenilənib ...
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
Dünyanın ən güclü İT müsabiqəsinin finalı Azərbaycanda keçiriləcək
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib
Son aylar Elm və Təhsil Nazirliyi süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq göstərir. Bir müddət əvvəl nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, “EduAzGPT” ideyası üzərində işlərin başladığı açıqlanmışdı.
Bu təşəbbüs çərçivəsində ETN rəsmiləri Dubayda “Microsoft”un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə uyğunlaşdırılmış süni intellekt modelinin – “EduAzGPT”nin texniki planlaşdırılması müzakirə olunmuşdu.
İndi isə məlumat verilib ki, nazir Emin Əmrullayev BƏƏ-nin qabaqcıl süni intellekt texnologiya şirkəti “Presight” (G42 Group) ilə keçirilən görüşlərdə süni intellekt əsaslı həllərin “Rəqəmsal Məktəb” platformasına inteqrasiyasını müzakirə edib.
Yəni burada əsas müzakirə mövzusu bu süni intellekt modellərinin bizim bilik bazamız – yəni təhsil məzmunumuzla necə uyğunlaşdırılacağı və istifadəyə necə çıxarılacağıdır.
Düşünürəm ki, ETN-nin bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir.
Əgər “Presight” kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə, demək ortada ciddi niyyət var.
Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də buradan belə qənaətə gəlmək olar ki, ETN epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir.
Düşünmək olar ki, ETN “EduAzGPT” ilə təməl və dil modeli qurmağı hədəfləyir, süni intellekt sahəsində dünyaca məşhur “Presight” ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir.
Çox güman ki, məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli süni intellekt modelinə çevirməkdir.
Fikrimcə ETN-nin “Microsoft” və “G42” kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellekt əsaslı yerli resursların hazırlanması təhsilin və süni intellekt sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır.