 
                                “ChatGPT”dən ABŞ hökumətinə şikayət
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
 18:12 | 30 iyul 2025 | Çərşənbə
                Məqaləyə 182 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                18:12 | 30 iyul 2025 | Çərşənbə
                Məqaləyə 182 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
 
                                250 sənəd “ChatGPT”ni zəhərləməyə kifayətdir
 
                                Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
 
                                “Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
 
                                “K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
 
                                Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
 
                                Ekspertlərdən super intellekt xəbərdarlığı
 
                                Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
 
                                “ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
 
                                “Oğlumuzu intihara təşviq etdi”
 
                                İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
 
                                “OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
 
                                “OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
 
                                İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
 
                                Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
 
                                Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
ABŞ-ın Delaver ştatında yaşayan daşınmaz əmlak məsləhətçisi və kontent yaradıcısı Cennifer Allan, 23 min dollar kredit kartı borcu ilə mübarizə aparırdı. Borcun mühüm hissəsi ona aid olmasa da, nəticədə yük onun üzərinə düşmüşdü. Zamanla yığılan borclar qarşısında nə edəcəyini bilmirdi. Bu çıxılmaz vəziyyətdə süni intellektdən kömək almaq fikri ağlına gəldi: “ChatGPT”.
Cennifer 30 gün ərzində hər səhər “ChatGPT”yə müraciət etdi. Hər gün gəliri artıracaq və ya xərcləri azaldacaq bir fikir aldı. Evdəki abunəlikləri ləğv etmək, istifadə olunmayan əşyaları “Facebook Marketplace”də satmaq, marketə getmədən evdəki ərzaqlarla yemək bişirmək kimi konkret addımlar atdı. Bütün bu təklifləri bir “meydan oxuma”ya çevirərək TikTok-da izləyiciləri ilə paylaşdı.
“ChatGPT”nin təklif etdiyi ideyalardan biri isə xüsusi diqqət çəkdi: Borcun miqdarını bir qarpızın üzərinə yazıb “borc sənəti” adı ilə “eBay”də açıq hərraca çıxardı. Video sosial mediada sürətlə yayıldı, milyonlarla insan izləyib paylaşdı. Qarpızın fotosu 51 dollara satıldı. Bu vaxt Cennifer Venmo hesabında unudulmuş 100 dollar tapdı. Əri isə köhnə bir investisiya hesabında 10.200 dollar olduğunu aşkar etdi. Bütün bunlar təsadüf kimi görünsə də, süni intellektin yaratdığı motivasiyanın bir hissəsi idi.
Bu mübarizənin sonunda Cennifer 30 gün ərzində əlavə 11.000 dollar gəlir əldə etdi. Bu sayədə 12.078 dollarlıq borcu bağladı, yəni ümumi borcunun yarısından çoxunu. Cennifer deyir: “Əvvəllər borcuma baxmağa belə cəsarət etmirdim. İndi isə hər gün onunla məşğulam”. “ChatGPT”nin təklifləri ona yalnız ideya deyil, həm də sistemli planlama və mənəvi güc verdi.
Maliyyə mütəxəssisləri süni intellektin fərdlərə kömək edə biləcəyini qəbul edirlər. Amma yenə də bunun insan məsləhətçisinin yerini tutmadığını xatırladırlar. Mütəxəssis Noel Karter bildirir: “Süni intellekt güclü bir vasitə ola bilər, amma peşəkar maliyyə məsləhətçisini əvəz edə bilməz”. Buna baxmayaraq, Cenniferin hekayəsi oxşar borc yükü altında əzilən bir çox insan üçün ilhamverici nümunə sayılır.