vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
140 universitetin proqramçıları Bakıya toplaşır 12:50 | 14 fevral 2025 | Cümə Məqaləyə 538 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

140 universitetin proqramçıları Bakıya toplaşır

Dünyanın ən güclü İT müsabiqəsinin finalı Azərbaycanda keçiriləcək

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 31-də Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu Dünya Finalı Bakıda keçiriləcək. Tədbir bir həftə davam edəcək.

Bu Beynəlxalq Olimpiadanın Bakıda keçirilməsilə bağlı qərar ADA Universiteti və “İCPC Foundation” arasındakı müzakirələrin nəticəsi olaraq qəbul edilib. ADA Universitetinin ev sahibliyilə keçiriləcək Beynəlxalq Olimpiadanın əsas tərəfdaşı da Mərkəzi Bankdır.

ADA Universitetinin və Mərkəzi Bankın dünyanın ən nüfuzlu beynəlxalq alqoritmik yarışmasının ölkəmizdə təşkili istiqamətindəki səyləri çox təqdirəlayiqdir.

Xatırladıram ki, həm məktəblilərin Beynəlxalq İnformatika Olimpiadası (İOİ), həmdə İCPC Olimpiadası dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunur.

2019-cu ildə İOİ Bakıda keçirilmişdi.

Dünyanın ən nüfuzlu universitetləri, dünyanın ən öndə gedən şirkətləri bu yarışmanın nəticələrini işzləyirlər və onların qaliblərini ələ keçirmək üçün bütün addımları atmağa hazır olurlar.

Adətən universitetlərin yarışmasının dünya finalında 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edir. Dəvət olunan ölkələrin sayını da nəzərə alsaq yayda Bakıda 70-80 ölkədən nümayəndələrin iştirakını gözləmək olar.

Dünyanın müxtəlif regionlarında hələlik cari ilin yarımfinal yarışmaları başa çatmadığından iştirakçı ölkələrin siyahıları tam formalaşmayıb.

Azərbaycan 2005-ci ildən etibarən İCPC yarışmalarında iştirak edir.

2024-cü ilin dekabrında 49-cu İCPC üzrə yarımfinal yarışması Avrasiya regionunda (NERC) Azərbaycanın təmsil olunduğu Cənubi Qafqaz region üzrə Gürcüstanın Tbilisi şəhərində keçirilib. Azərbaycandan 17 universitetin 25 komandası iştirak edib.

Təşkilatçılar hələlik yarımfinalın qaliblərinin siyahısını dərc etməyiblər.

Xatırlayıram ki, 2023-cü ildə fərdi müsabiqədə ADA universitetinin tələbəsi regionda birinci yerə çıxmışdı. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilmiş İCPC finalında uğurla çıxış edib, komanda medal qazana bilməsə də, fərqləndirici yer qazanmışdı.

Təşkilatçı ölkə və universitet olaraq ADA Universitetinin komandasının bu il keçiriləcək finalda iştirak hüququ var.

Komandalar bu il Elm və Təhsil Nazirliyi (ETN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Bakı Mühəndislik Universiteti (BMU) və ADA-nın dəstəyilə yarışmalara hazırlaşmışdı.

Əvvəllər də bu haqda deyilib, müəyyən uğurlar olsa da, hazırda bizim universitetlərin bu istiqamətdəki nəticələri potensial imkanlarımıza uyğun deyil. Universitetlərə dəstək göstərilməlidir. Universitet daxili, universitetlər arası yarışmalar, Respublika olimpiadası və bu müsabiqələrə hazırlıqlar sistemli olmalıdır. Buna hazırlıqla bağlı universitetlərdə xüsusi mərkəzlər formalaşdırılmalıdır.

İRİA bu istiqamətdə səylərini gücləndirməlidir.

Son illərdə məktəblərdə informatikaya diqqətin artırılması artıq müəyyən müsbət nəticələr də verməyə başlayıb. İnformatikanın uzun illər imtahan prosesindən kənarda saxlanılamsı bu sahənin irəliləməsinə xeyli ziyan vurması da göz önündədir.

Düşünürəm ki, bu nüfuzlu beynəlxalq tədbirə ciddi hazırlaşmaq, bu istiqamətdə səyləri gücləndirmək vacibdir. Universitetlərimiz bu beynəlxalq yarışmanın Bakıda keçirilməsindən faydalanmağa diqqət yetriməlidir.

İT yönümlü universitetlərdə həmin ərəfədə müxtəlif tədbirlərin, görüşlərin təşkil çox faydalı olardı.

Yeri gəlmişkən, adətən Ermənistan universitetlərinin tələbələri bu yarışmaların yarımfinalında medal qazanırlar.

Onların da Bakıda keçiriləcək final mərhələsində iştirakı gözlənilir.

Ümid edirəm bu il Bakıda keçiriləcək tələbələrin dünya proqramlaşdırma olimpiadasını yüksək səviyyədə təşkil edə biləcəyik.

Finalda iştirak edəcək komandamıza da uğurlar arzulayıram.