
Məzunların məşğulluq reytinqi ...
... Yaxud kağız üzərində tərtib olunan akademik göstəricilər
... Yaxud kağız üzərində tərtib olunan akademik göstəricilər
İndiki doktorluq mövzuları magistr dissertasiyalarından fərqlənmir
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
Dünyanın ən güclü İT müsabiqəsinin finalı Azərbaycanda keçiriləcək
Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib
Bakı məktəblərinin direktorları üçün nəzərdə tutulan layihə gələn ilin əvvəlindən başlanacaq
Bakı məktəblərinin direktorları üçün nəzərdə tutulan layihə gələn ilin əvvəlindən başlanacaq
Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib.
Sənədin girişində sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində xatırlayıram ki, bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdı.
Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi. Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı.
Hazırda təsdiqlənən proqram yetərincə təkmildir. Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub.
Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib.
Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb.
Düşünürəm ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək.
Burada daha bir diqqətçəkən məqam var.
Məlumdur ki ölkədə bir neçə ali təhsil müəssisəsi informatika müəllimi, riyaziyyat və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlayır.
Düzü, bilmirəm bu təhsil müəssisələri yeni kurikulumun hazırlanmasında iştirak ediblərmi? Amma görünən odur ki, bu cür köklü dəyişikliyə məruz qalan kurikulumdan sonra informatika müəllimi ixtisası olan ali təhsil müəssisələrində də proqramlar tam yenidən işlənməlidir.
Ümid edirəm, BDU, ADPU və digər universitetlər tez bir zamanda bunları nəzərə alacaqlar.
Əks halda, bu ixtisaslar üzrə universitetləri bitirənlərin yeni kurikulum üzrə tədris prosesini qurmaqda ciddi problemləri olacağı qaçılmazdır.