
Tələbələrin təqaüdləri artırıldı
Sentyabrın 1-dən qüvvəyə minəcək
Sentyabrın 1-dən qüvvəyə minəcək
Almaniyada tələbə kreditlərinə maraq azalıb
Qiymətlər əhalinin illik qazancına nisbəti 5 dəfədən çoxdur
Honq Konq elit universitetlərində təhsil alan beynəlxalq tələbələrə qapı açır
“Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”
Tramp administrasiyası universitetinin beynəlxalq tələbələrin qəbulunu dayandırıb
İpoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
... Yaxud muxtariyyət, yoxsa 2.3 milyard dollar?
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
Trampın maliyyə təhdidi Harvardı maliyyə qaymağı axtarmağa vadar edib
Almaniyada tələbə evlərində otaq kirayələrinin qiymətləri
100 mindən aşağılar isə ...
Məcəllə kimlərə şamil olunacaq?
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
2025–2026-cı tədris ilinin başlaması ilə birlikdə tələbələrin Almaniyanın şəhərlərinə geri dönüşü, mənzil bazarında onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib. Artan tələb, xüsusilə kirayə mənzil axtaranlar arasında rəqabəti gücləndirib və kirayə qiymətlərinin yenidən sürətlə bahalaşmasına səbəb olub. Artıq yalnız böyük şəhərlər deyil, kiçik yaşayış məntəqələri də bu artımdan təsirlənir.
Kiçik şəhərlərdə rekord artım qeydə alınıb
Vaxt.az xəbər verir ki, mənzil kirayəsi getdikcə daha çox insan üçün əlçatmaz hala gəlir. Hökumətin son məlumatlarına əsasən, kirayə qiymətləri təkcə iri şəhərlərdə deyil, həm də kiçik şəhərlərdə gəlir artımını geridə qoyaraq ciddi şəkildə bahalaşıb.
Xüsusilə Reynland-Pfalz, Bavariya və Hessendə kəskin artım müşahidə olunur. 2023–2024-cü illəri əhatə edən və internet vasitəsilə verilmiş ilk və təkrar kirayə müqavilələrinə əsaslanan statistika göstərir ki, ölkə üzrə ən yüksək artım Zvebrüken şəhərində qeydə alınıb – 15,9%.
Digər diqqətçəkən göstəricilər:
Şvaynfurt və Pirmasens: +13,4%
Kayzerslautern: +12,6%
Rozenhaym: +12,3%
Şvabax: +11,9%
Offenbax və Leypsiq: +11,3%
Frankfurt: +11,1%
Brandenburq (Havel): +10,9%
Bu göstəricilər kirayə böhranının yalnız böyük şəhərlərlə məhdudlaşmadığını, əksinə bütün ölkəyə yayıldığını sübut edir.
Artım aşağı və orta gəlir qruplarını çətin vəziyyətə salır
Kirayə qiymətlərindəki kəskin artım təkcə aşağı gəlirli ailələri deyil, artıq orta təbəqəni də ciddi narahat etməyə başlayıb. Gəlir artımının bu templə ayaqlaşmaması, yaşayış xərclərinin ailə büdcəsi üzərindəki yükünü artırır. Hökumət isə bu yükü sosial yardımlarla yüngülləşdirməyə çalışır.
Artan qiymətlər fonunda Almaniyada kirayələrə məhdudiyyətlər, yerli “tavan qiymət” tətbiqləri və “kirayə əyləci” (Mietpreisbremse) kimi vasitələrin genişləndirilməsi zərurəti müzakirə olunur.
Ümumi mənzərə belədir:
Böyük şəhərlər (əhalisi 500.000-dən çox): +7,4%
Kiçik şəhərlər: +4,6%
Şəhər tipli rayonlar: +5,1%
Yüksək sıxlıqlı kənd əraziləri: +5,3%
Aşağı sıxlıqlı kənd əraziləri: +5,7%
Çıxış yolu – yeni tikililər, lakin əngəllər çoxdur
Almaniya hökuməti yaxın zamanda vəziyyətin yaxşılaşacağını düşünmür. “Kirayə əyləci” sisteminin müddətinin uzadılması planlaşdırılsa da, bu belə müəyyən faiz artımına imkan verir. Mütəxəssislər isə çıxış yolunu yalnız kütləvi yeni yaşayış binalarının tikintisində görür.
Lakin uzun illərdir həm dövlət, həm də özəl sektor bu tikinti hədəflərinə çata bilmir. Yüksək tikinti xərcləri və büroratik prosedurlar əsas maneələr olaraq qalır. İyunda Tikinti naziri “Bauturbo” təşəbbüsü ilə tikinti icazələrinin sürətləndirilməsinə yönəlmiş yeni addım atdığını açıqlayıb.