ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
18:57 | 24 may 2025 | Şənbə
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Ağ Ev: “İranın 10 maddəlik planı qəbul edilməyib”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Yaxud İranı beynəlxalq daşımalardan çıxarmaq istəyi
Harvard tələbələri ABŞ prezidenti Donald Trampın son qərarından sonra təşvişə düşüblər. Tramp administrasiyası mayın 22-də Harvard Universitetinin beynəlxalq tələbə qəbulu proqramını dayandırmaq qərarını açıqlayıb. Daxili işlər katibi Kristi Noem “X” sosial platformasında universitet rəhbərliyinə göndərilən məktubu paylaşıb.
Məktubda Harvardın kampusda “zorakılığı və antisemitizmi təşviq etdiyi” iddia edilirdi. Məktəbin Çin Kommunist Partiyası ilə əməkdaşlıq etdiyi də iddia edilirdi.
Trampın qərarını pisləyən və bunun Konstitusiyaya zidd olduğunu bildirən Harvard ABŞ rəhbərliyinə qarşı iddia qaldırıb. İddiada deyilirdi ki, Tramp “Harvard Universitetinin dörddə birini təşkil edən beynəlxalq tələbə kütləsini məhv etməyi hədəfləyir”.
Boston dairəsinin hakimi Ellison Berrouz dünən verdiyi qərarda prosesin “əlavə məlumat və sənədlər təqdim olunana qədər” dayandırıldığını elan etdi.
Harvard Tələbə İttifaqının həmsədri Abdulla Sial deyib ki, minlərlə beynəlxalq tələbənin taleyi qeyri-müəyyəndir. CNN-ə danışan pakistanlı Sial, kampusda “tam çaxnaşma atmosferi” olduğunu deyib: “Harvard universitetinə nəinki ABŞ-dan, həm də dünyanın hər yerindən ən yaxşı tələbələri cəlb etmək bacarığıdır. Birləşmiş Ştatlar həm də dünyanın ən yaxşı tələbələrinin öz universitetlərinə gəlib təhsil almasından böyük fayda əldə edir. Amma sonra bu insanlar bundan kənarlaşdırılır, hörmətsizlik edilir”.
Avstriyalı Harvard tələbəsi Karl Molden də bir çox tələbənin səyinin boşa çıxacağını deyir: “Bir çoxumuz Harvard kimi universitetə daxil olmaq üçün bütün həyatımızı çalışmışıq. İndi viza ilə bağlı hər hansı bir çətinliklə üzləşəcəyikmi deyə gözləyirik”.
Tramp və Harvard arasında mübahisə keçən il ABŞ kampuslarında başlayan Fələstin tərəfdarı etirazlarla bağlıdır. 18 aprel 2024-cü ildə Kolumbiya Universitetində başlayan etirazlar on minlərlə tələbə və akademikin iştirakı ilə Prinston, Yale, MİT və Harvard kimi nüfuzlu təhsil ocaqlarına da sirayət edib. İyul ayında səngimiş etirazlarda aralarında tələbələr və akademiklər də daxil olmaqla ən azı 3100 adam həbs edilmişdi.
Harvardda israilli postdoktorant tələbə deyir ki, Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”. Adının çəkilməsini istəməyən tələbə iddia edir ki, Vaşinqton yəhudi tələbələrin təhlükəsizliyindən həqiqətən narahat deyil, əksinə onun ideologiyasına uyğun gəlməyən fikirləri aradan qaldırmağa çalışır”.
“The New York Times” xəbər verir ki, Tramp administrasiyası Harvarddan beynəlxalq tələbələr haqqında daha çox məlumat paylaşmasını da tələb edib. Hesabatda tələbələrdən məktəbdə və ya şəhərcikdən kənarda iştirak etdikləri etiraz aksiyaları və ya “qanunsuz fəaliyyətləri” əks etdirən videoları təqdim etmələri istənilib. Bildirilir ki, Harvard administrasiyası tələb olunan məlumatların bir hissəsini “qanuni tələblər” çərçivəsində paylaşdığını və Vaşinqtonun son məlumat tələbini rədd etdiyini bildirib.