
“Yüksək faiz dərəcələri!”
Almaniyada tələbə kreditlərinə maraq azalıb
Almaniyada tələbə kreditlərinə maraq azalıb
Honq Konq elit universitetlərində təhsil alan beynəlxalq tələbələrə qapı açır
“Tramp administrasiyası universitetə qarşı “yəhudi tələbələrdən “peşka” kimi istifadə edir”
Tramp administrasiyası universitetinin beynəlxalq tələbələrin qəbulunu dayandırıb
Hər il bir roman haqqında bir cümləlik fikri olmayan minlərlə gənc 600+ bal toplayır
... Yaxud muxtariyyət, yoxsa 2.3 milyard dollar?
Trampın maliyyə təhdidi Harvardı maliyyə qaymağı axtarmağa vadar edib
Almaniyada tələbə evlərində otaq kirayələrinin qiymətləri
100 mindən aşağılar isə ...
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub
Dünyada və bizdə gənclərlə necə yola gedirlər?
473 tələbə yeməkdən zəhərləndi
Azərbaycanda təhsil alan xaricilərin sayı artır
Nəinki universiteti, hətta ixtisası da dəyişdirmək imkanı
Okeanın o tayına getmək istəyənlərə qızıl kimi məsləhətlər
Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına verilən təqaüdlərin məbləği 2025-ci il sentyabrın 1-dən etibarən artırılacaq.
Doktorantura səviyyəsində təhsil alanlar üçün elmlər doktoru hazırlığı üzrə təqaüdün məbləği 450 manat, fəlsəfə doktoru hazırlığı üzrə isə 300 manat müəyyən edilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil alan tələbələrdən akademik göstəriciləri 91–100 bal arası olanlara 240 manat, 71–90 bal arası olanlara 180 manat, 51–70 bal arası olanlara isə 120 manat təqaüd veriləcək.
Bakalavriat səviyyəsində (o cümlədən əsas (baza ali) tibb təhsili) təhsil alan tələbələr üçün bu məbləğlər müvafiq olaraq 91–100 bal üçün 200 manat, 71–90 bal üçün 160 manat, 51–70 bal üçün isə 110 manat olacaq.
Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrdən 91–100 bal toplayanlara 110 manat, 71–90 bal arası nəticə göstərənlərə 90 manat, 51–70 bal arası olanlara isə 70 manat məbləğində təqaüd ayrılacaq.
Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində qiyməti “5” (91–100 bal) olan tələbələrə 110 manat, qiymətləri “4” və “5” (71–100 bal) olanlara 90 manat, qiymətləri “3”–“5” (51–100 bal) olanlara isə 70 manat təqaüd ödəniləcək.
Prezidentin digər fərmana əsasən, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.