Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:02 | 29 avqust 2025 | Cümə
Məqaləyə 521 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
“Apple” yeni süni intellektini təqdim etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Çin sürətlə böyüyən süni intellekt sektorunda həddindən artıq rəqabətin qarşısını alacağını açıqlayıb.
“Bloomberg”in məlumatına görə, ölkənin ən yüksək səviyyəli iqtisadi planlaşdırma qurumu hökumətin əyalətləri süni intellektin bir-birini tamamlayacaq və uyğun şəkildə inkişaf etdirilməsinə təşviq edəcəyini bildirib.
Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) rəsmisi Çjan Kailin (Zhang Kailin) məqsədlərinin hər bölgənin öz güclü tərəflərindən yararlanaraq böyüməni dəstəkləmək və səylərin təkrarlanmasının qarşısını almaq olduğunu qeyd edib.
“Biz mütləq nizamsız rəqabətə və ya hamı ardınca getsin yanaşmasına icazə verməyəcəyik”, – deyən Çjan inkişafın yerli üstünlüklər, resurslar və sənaye təməlinə əsaslanaraq həyata keçirilməli olduğunu vurğulayıb.
Çjanın sözləri Çin Prezidenti Si Cinpinin (Xi Jinping) keçən ay yerli idarələrin süni intellekt sahəsinə həddindən artıq sərmayə qoymasına qarşı etdiyi xəbərdarlığı xatırladır. Bu mesaj, hökumət rəsmilərinin elektrikli avtomobillərdə görülən həddindən artıq istehsalın yaratdığı deflyasion təzyiqlərin süni intellekt sektorunda təkrarlanmasını istəmədiyini göstərir.
Pekin süni intellekti dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün yeni bir böyümə mühərriki və ABŞ ilə rəqabətin kritik sahəsi kimi qiymətləndirir. Bu, həm dövlət, həm də özəl sektordan intensiv sərmayələri təşviq edir.
Hökumət bu həftə süni intellektin inkişafı, tətbiqi və idarə olunmasını sürətləndirməyə yönəlmiş bir fəaliyyət planı yayımlayıb.
Milli İnkişaf və İslahat Komissiyası planı detallandıraraq, milli səviyyədə daha yaxşı süni intellekt planlaşdırılması aparılacağını və özəl şirkətlərə daha çox dəstək veriləcəyini açıqlayıb. Məqsəd, “DeepSeek” kimi sürpriz uğur qazanan startapların sayının artmasına şərait yaratmaqdır.
Qeyd edilən şirkət bu il daha güclü və sərfəli süni intellekt modeli ilə qlobal miqyasda diqqət çəkmiş və Çində böyük süni intellekt həvəsi yaratmışdı.
“Bloomberg”in ayrıca təhlilinə görə, Çinli şirkətlər ölkənin qərb çöllərindəki məlumat mərkəzlərinə 115 mindən çox “Nvidia Corp.” süni intellekt çipinin quraşdırılmasını planlaşdırır.