
Təhsil eksperiment meydanı deyil
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Dörd fundamental dəyişiklik tələb olunur
Sistem fasiləsizliyə və insan sağlamlığına uyğun təşkil edilməlidir
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Həftədə 2 saatla kimya, fizika, biologiya öyrənmək olmaz
Bəlkə günah mötərizə işarəsindədir
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
Elə problemlər, elə məsələlər olub ki, həm qısa müddət, həm də uzun illər həlli mümkün olmayıb. Amma çoxunun səbəbləri bəlli olub.
Məsələn, 2000-ci illərin əvvəli o zamankı rabitə naziri bir əmr imzalayaraq internetə senzura tətbiq etmişdi. Biz 2 il məhkəmələrdə onunla vuruşduq. Nəhayətdə 3 ildən sonra həmin əmr ləğv edildi.
20-30 il texnoloji ixtisaslara qəbul olmaq istəyənlər, 10 il informatika fənni mənimsəməyinə baxmayaraq informatika əvəzinə kimyadan qəbul imtahanı verib. Məhz bu amil ölkədə rəqəmsal transformasiyanı xeyli ləngidən amillərdən olub. Nəhayət, uzun illər aparılan mübarizədən sonra, 2 il öncə bu problem də həllini tapıb.
Amma tam səmimi deyim, 20 ildir hökumətin DİSTANT TƏHSİL formasına qoyduğu qadağanın mahiyyəti şəxsən bizə məlum deyil. Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var.
Nə üçün irəli getmək istəyən, bura investisiya yatıran, imkanı olan universitetləri arxadan tutub zorla saxlayırlar, anlamaq çox çətindir.
Amma qonşu ölkələrin, dünyanın universitetləri bu təhsil formasını tanıyır, xidmət verir və bundan da milyonlar qazanır və inkişaf edirlər, rəqabətə də davamlı olurlar.
Amma bizim hökumət distant təhsil forması ilə diplom alanların diplomlarını tanımaqdan imtina edir.
İndi də baxıram ki, hökumət haçandan-haçana, nəhayət ki, “distant təhsil standartı” qəbul edib.
Ümid edirəm bu təhsil forması ilə qəbul elanı vermək də uzun çəkməz.