
Oyunu improvizə edib
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Silahları aşkar etmək üçün məktəblərdə detektor qapıları quraşdırılacaq
Avstriyada tapança icazəsi almaq şəxsiyyət vəsiqəsi əldə etməkdən asandır
Bütün məktəblərdə bir dəqiqəlik sükut elan olunacaq
Fransa baş naziri: “Bəzilərinin satışı dərhal qadağan olunacaq”
Keçmiş şagird vida məktubu buraxıb
Fransada şagird çantasını yoxlayan müəllimi bıçaqlayaraq öldürüb
Hücum edən şəxs özüylə bərabər 11 nəfəri qətl etdi
Süni intellekt hallüsinasiya görür
Azərbaycanın ilk Süni İntellekt Akademiyası dərslərə başlayır
Universitetlər hökumətin razılığı olmadan bunu edə bilərmi?
Almaniya məktəb və uşaq bağçası böhranına doğru gedir
Münhendəki məktəblərə hədələyici məktublar göndərilib
Bir çox universitetin təhsili iş dünyasının tələbinə cavab vermir
Hindistanda məktəb yeməklərində ilan tapıldı
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Təhsil siyasəti oyun deyil. Amma görünür kimlərsə bu reallığı ya anlamır, ya da bilərəkdən görməzdən gəlir. İngilis dili dərs saatlarının artırılması ilə bağlı verilmiş son təklif bir daha göstərdi ki, ölkədə strateji təhsil planlaması elmi əsaslara deyil, kabinet təfəkkürünə, mütəxəssis olmayanların şəxsi fikirlərinə söykənir. Hər hansı bir sahədə dəyişikliyə gedərkən ilk şərt: müvafiq tədqiqatların olmasıdır. Lakin bu qərarın arxasında nə uşaq psixologiyasına, nə pedaqoji elmlərə, nə də beynəlxalq göstəricilərə əsaslanan bir sübut var.
OECD-nin, UNESCO-nun və “Education International” kimi qurumların tövsiyələrinə görə, keyfiyyətli təhsil üçün tədris saatının çoxluğu yox, məzmunun dəqiqliyi, metodikanın düzgünlüyü və müəllimin hazırlıq səviyyəsi əsasdır. Bu təşkilatların dəfələrlə qeyd etdiyi kimi, dərs yükünün çoxluğu uşaqlarda həm fiziki, həm də psixoloji tükənməyə səbəb olur. Azərbaycanda artıq 6-cı sinifdən etibarən bir şagirdin həftəlik 32-34 saat dərsi var. Bu Avropa ortalamasından təxminən 20-25 faiz artıqdır. Məsələn, Finlandiyada ibtidai və əsas pillədə həftəlik dərs saatı 20-24 arasındadır və onlar PISA nəticələrinə görə dünyanın ön sıralarındadırlar.
Bizim uşaqlar isə hər gün 7-8 dərsdə fiziki olaraq tükənirlər. Yüklə dolu dərsliklər, anlaşılmaz təlim nəticələri, pərakəndə fənn proqramları, süni imtahan və monitorinq bolluğu. Belə bir sistemdə fənnin saatını artırmaq, sadəcə təhsilin yükünü daha da ağırlaşdırmaqdan başqa bir şey deyil. Üstəlik, bu saat artımı müəllimin əməkhaqqına cüzi təsir edə bilər, amma şagirdin qavrama səviyyəsinə sıfır dərəcəsində müsbət təsir göstərəcək.
Əgər doğrudan da ingilis dilinin tədrisi zəifdirsə – bu zəiflik onun dərs saatında deyil, təlim metodikasında, müəllimin hazırlığında, dərsliyin məzmununda və tətbiqi bacarıqların yoxluğundadır. Bunu artırmaq əvəzinə, dərs saatını artırmaq mexaniki və diletant yanaşmadır. İngilis dilindən 6 il dərs keçib “My name is Aygün”dən o tərəfə keçə bilməyən şagirdlərimiz bunun bariz sübutudur.
Azərbaycan təhsil sistemində təcili atılmalı olan addım dərs saatlarını artırmaq yox, yenidən qurmaqdır. Bəzi fənlər birləşdirilməli, zəruri olmayan fənlər ixtisar edilməli, proqramlar yüngülləşdirilməlidir. Dərsliklərdəki informasiya yükləri azaldılmalı, əzbərləmə deyil, düşünmə əsaslı məzmun formalaşdırılmalıdır. Bunun üçün məktəbdə öyrənməyə dəyər mühit qurulmalı, müəllimlərə real təlim, metodik dəstək verilməlidir.
Hazırkı qərar sübut edir ki, təhsil siyasətini həyata keçirən təşkilatlarda strateji planlama yox səviyyəsindədir. Təhsil təkcə dərs saatı artırmaqla islah olmur. Bunun üçün tədqiqat, pedaqoji baxış, psixoloji yanaşma və beynəlxalq təcrübənin analizinə əsaslanan kompleks islahat modeli tələb olunur.
Təhsildən xəbərsiz olanların verdiyi qərarlarla bu ölkənin gələcəyi təhlükə altına atılır. Təhsili oyuncağa çevirənlər sabah cəmiyyətin tənəzzülünə səbəb olacaqlar. Təhsil eksperiment meydanı deyil, cəmiyyətin onurğa sütunudur. O sütunu bu cür dayaz yanaşmalarla qırmaq olmaz.