
Bütün sinif “2” aldı
Məktəb rəhbərliyi işdən qovuldu
Məktəb rəhbərliyi işdən qovuldu
İmtahanları yenidən düşünməliyik – ölçmək üçün deyil, dəyərləndirmək üçün
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
Dörd fundamental dəyişiklik tələb olunur
Sistem fasiləsizliyə və insan sağlamlığına uyğun təşkil edilməlidir
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
İnternet dərsliyi əvəzləməməlidr ...
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
Hollandiyada ibtidai sinif şagirdlərinin əhəmiyyətli bir hissəsi yoxsulluq səbəbindən təhsildən geri qalır. “Jeugdeducatiefonds”un (Uşaq Təhsili Fondu) məlumatlarına görə, tələbələrin təxminən dörddə biri evdə maddi problemlərə görə stress keçirir. “Telegraaf” qəzetinin yazdığına görə, uşaqların yaşadığı bu stress onların həm akademik göstəricilərinə, həm də sosial inkişafına mənfi təsir göstərir.
Fondun direktoru Hans Spekman vəziyyəti “istedadların israfı" kimi xarakterizə edir. "Uşaq eynək taxa bilmirsə, dərsdə yaxşı görə bilmir; yuxusuzdursa, onsuz da öyrənə bilməz" deyən Spekman, təkcə keçən il 230-dan çox tələbə üçün çarpayı və ya parta və 3000-dən çox velosiped üçün müraciət aldıqlarını qeyd edir.
Fondun məlumatına görə, ailələrin ödəyə bilmədiyi xərclərə görə 28 minə yaxın uşaq eynək taxa bilmir.
Nibud (Büdcə Məlumatları İnstitutu) direktoru Arjan Vlieqentartın sözlərinə görə, bu mənzərənin arxasında daha geniş iqtisadi problem dayanır.
Hollandiyada təxminən 550 min insanın kifayət qədər maaş almadığını ifadə edən Vlieqentart, “Bu, çox vaxt kifayət qədər saat işləyə bilməmək, frilanserlər üçün az qazanc və ya sağlamlıq problemlərindən qaynaqlanır”, – deyib.
İşlədikləri üçün sosial yardım ala bilmirlər
“Jeugdeducatiefonds” direktoru Spekman bildirir ki, xüsusilə tək analar dolanmaq üçün birdən çox işdə çalışırlar, lakin bu halda onlar həm də müəyyən sosial yardımdan məhrum olurlar və eyni zamanda özlərini “pis valideyn” kimi hiss edirlər. O, vurğulayır ki, bu vəziyyət qapalı labirint yaradır.
Mövcud sistem dəyişməlidir
Spekman, mövcud yardım sistemində köklü dəyişiklik edilməli olduğunu, məktəblərə də daha çox maddi dəstək verilməli olduğunu vurğulayıb. Vlieqentart isə Sosial Minimum Yaşayış Standartı Komissiyasının tövsiyələrinə diqqət çəkərək minimum əmək haqqı və sosial yardımın artırılmasının vacibliyini müdafiə edib.
Hər iki ekspertin fikrincə, məktəb yeməkləri, rəqəmsal dəstək və bələdçilik xidmətləri əhəmiyyətli bir boşluğu doldursa da, daimi həll üçün daha radikal iqtisadi addımlar atılmalıdır. Bildirilir ki, təhsildə bərabərliyə yalnız sosial ədalətlə nail olmaq olar.