
Orta məktəb təhsilinin keyfiyyəti
Dörd fundamental dəyişiklik tələb olunur
Dörd fundamental dəyişiklik tələb olunur
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Mini ətək, manikür-makiyaj, dikdaban ayaqqabı, saqqal, zinət, ...
Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək
İkinövbəli təhsil yaxşıdır, yoxsa pis?
... Yaxud kim deyir ki, yol həmişə böyüklərindi?
İnternet dərsliyi əvəzləməməlidr ...
Bu gün gözlə görə bilmədiyimiz qorxulu tendensiya
Məktəblərdə nə baş verir?
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
Dərslərin qeyri-standart formada keçirilməsinə münasibət fərqlidir
Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur?
Birinciləri məktəbə necə hazırlamalı?
Paytaxt küçələrində sorğu...
... Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib
Təhsil sistemi çevik və operativ olmalıdır. Təbiət hadisələri – qar, yağış, buzlanma – qaçılmazdır, lakin müasir dövrün tələblərinə uyğun olaraq təhsil sahəsində alternativlər tətbiq edilməlidir. Ən vacib məsələ insan sağlamlığıdır və tələbə, şagird, müəllim üçün təhlükəsiz mühit təmin olunmalıdır.
Hava şəraiti ilə bağlı müvafiq qurumlar əvvəlcədən xəbərdarlıq edirlər. Əgər yollar buz bağlayır, avtobuslar hərəkət edə bilmir və insanlar vaxtında dərsə çata bilmirsə, tədris prosesinin fasiləsizliyini qorumaq üçün çevik həll yollarına ehtiyac var. Pandemiya dövründə distant təhsilə keçid sürətli şəkildə həyata keçirildi. O zaman texniki imkanlardan istifadə etməyi bacardıqsa, indi də bu praktikanı hava şəraitinə uyğun tətbiq etməliyik.
Universitetlər, məktəblər və kolleclər hava şəraitinin kəskin pisləşdiyi günlərdə dərsləri onlayn platformalara keçirməli, tələbə və müəllimləri çətin şəraitdə yollara çıxmağa məcbur etməməlidir. Hazırda Azərbaycanda əksər ali təhsil müəssisələri və orta məktəblər onlayn dərs keçmək üçün lazımi infrastruktura malikdir. “Zoom”, “Microsoft Teams”, “Google Classroom” kimi platformalar geniş yayılıb və istifadəsi mümkündür.
Bu məsələdə operativ qərar qəbul edilməlidir. Təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti dövlət qurumları öncədən proqnozları nəzərə alaraq, hansı hallarda dərslərin onlayn rejimə keçiriləcəyinə dair mexanizm yaratmalıdırlar. Belə yanaşma həm təhsilin fasiləsizliyini təmin edəcək, həm də şagirdlərin və müəllimlərin sağlamlığını qoruyacaq.
Süni maneələr yaratmağa ehtiyac yoxdur. Əgər tələbə və müəllim yolu təhlükə ilə qət etməyə məcbur olursa, bu, səmərəli təhsil modeli sayıla bilməz. Çevik, müasir və təhlükəsiz təhsil üçün alternativlər mütləq tətbiq olunmalıdır. Təhsil sistemi hava şəraitinə deyil, insan sağlamlığına uyğun şəkildə təşkil edilməlidir!