
Mütəxəssislər xəbərdarlıq edir
Süni intellekt hallüsinasiya görür
Süni intellekt hallüsinasiya görür
Azərbaycanın ilk Süni İntellekt Akademiyası dərslərə başlayır
Universitetlər hökumətin razılığı olmadan bunu edə bilərmi?
Bir çox universitetin təhsili iş dünyasının tələbinə cavab vermir
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
Ali pedaqoji təhsili olmayanlar yüzlərlə şagird yetişdirmiş müəllimlərə belə deyir
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Dörd fundamental dəyişiklik tələb olunur
Sistem fasiləsizliyə və insan sağlamlığına uyğun təşkil edilməlidir
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Həftədə 2 saatla kimya, fizika, biologiya öyrənmək olmaz
Bəlkə günah mötərizə işarəsindədir
Son 5 ildə diqqətçəkən bir dəyişiklik baş verib. Azərbaycanda dövlət sifarişi (ödənişsiz) yerlərin sayı artıb, ödənişli yerlərin payı isə azalıb. 2019-cu ildə qəbul olunan tələbələrin yalnız 30 faizi ödənişsiz oxuyurdu, 2024-cü ildə bu göstərici artıq 50 faizi keçib. Artıq bir qəbul ilində 30 minə yaxın gənc ali məktəbdə dövlət hesabına təhsil alır. Bu, əlçatanlıq və sosial ədalət baxımından mühüm addımdır.
Amma statistik meyillər göstərir ki, gənclərin böyük əksəriyyəti hələ də ödənişli əsaslarla oxuyur. Universitetlərin çoxunda “tələbə cəlbetmə” və “məzun istehsalı” əsas prioritetə çevrilib, əmək bazarında isə hər 3 məzundan biri ixtisasına uyğun iş tapa bilmir. Diplomun bazar dəyəri isə hələ də arzuolunan səviyyədə deyil. Valideynlər və gənclər universiteti bilik və bacarıq üçün yox, daha çox “diplom almaq üçün” seçməyə məcbur qalır.
Bütün bu reallıqlar fonunda ortaya belə bir sual çıxır: biz “universitet oxuyan” cəmiyyətik, yoxsa “universiteti oxudan” və onu bazara çevirən? Təhsil dəyər, bilik və inkişaf üçün vasitə olmasa, gənclər sadəcə kağız diplomla əmək bazarında yeni çətinliklərlə qarşılaşacaq. İndi əsas çağırış – artan dövlət dəstəyinin ardınca ali təhsilin keyfiyyətini, nəticələrini və işəgötürən üçün real dəyərini artırmaqdır. Əks halda, kommersiya riski hələ də arxa planda qalacaq.