vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 23 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
“İcazə verilməyəcək” 08:26 | 23 aprel 2025 | Çərşənbə Məqaləyə 10 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İcazə verilməyəcək”

Səudiyyə Ərəbistanından “Həcc açıqlaması!”

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin bu gündən etibarən Məkkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Daxili İşlər Nazirliyi həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.

***

Səudiyyə Ərəbistanında yayımlanan “Əl-İhbariyyə” kanalının “X”də paylaşdığı paylaşımda, “Çərşənbə günündən etibarən Məkkəyə daxil olmaq üçün iş icazəsi, Məkkədə yaşayış vəsiqəsi və ya etibarlı həcc icazəsi tələb olunacaq”, – deyilib.

Açıqlamada vurğulanıb ki, Daxili İşlər Nazirliyi bu tətbiq ilə Məkkəyə giriş və çıxışları tənzimləmək, şəhərdə yalnız səlahiyyətli şəxslərin olmasını təmin etmək və zəvvarların təhlükəsizliyini təmin etməkdir.

***

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi həcc ziyarətinə getmək istəyənləri saxta reklamlara və saxta təkliflərə qarşı diqqətli olmağa çağıraraq, əməliyyatların yalnız rəsmi kanallar vasitəsilə aparılmasının vacibliyini xatırladıb.

Nazirlik ziyarətin yalnız səlahiyyətli qurumlar vasitəsilə alınan “həcc vizası” ilə mümkün olduğunu və bu prosesin 80 ölkədə müəyyən edilmiş rəsmi ofislərlə razılaşdırılaraq həyata keçirildiyini qeyd edib.