
Müqəddəs məkanlarda ibadət
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
“Standard & Poor's” qeyri-neft sektorunun böyüməsini yüksək qiymətləndirib
Putin-Tramp danışığından sonra uçan səhmlər bugünkü görüşdən sonra yerlə bir olub
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
İran hücum etsə qarşısında böyük koalisiya görəcək
Vaşinqton istədiyini ala bilmir
Co Bayden Səudiyyə Ərəbistanını hədələdi
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
Səudiyyə Ərəbistanının səhiyyə rəsmiləri bildirirlər ki, Həcc ziyarəti zamanı hər hansı xəstəlik, yaxud basabasın öhdəsindən gəlməyə hazırdırlar. Həcc mərasimi bu həftəsonu baş tutacaq. İki il öncə ziyarətdə yaranan qarışıqlıqda yüzlərlə zəvvar həlak olmuşdu.
Səudiyyə bazar ertəsi bildirib ki, ziyarətə 1 milyon 700 mindən çox zəvvar gəlib. Həcc fiziki baxımdan bu ziyarəti gerçəkləşdirmək gücündə olan hər bir müsəlmanın dini borcu sayılır.
Bundan əvvəlki Həcc mərasimlərində basabaslar, yanğınlar, iğtişaşlar baş verib və hakimiyyət kütləni elə də məharətlə idarə edə bilməyib. «Reuters» agentliyi vurğulayır ki, Səudiyyənin islamın müqəddəs yerlərinin himayəçisi kimi nüfuzu risklə üzləşir. Elə 2015-ci ildəki hadisədən sonra İran bu məsələni dönə-dönə qaldırıb.
300 min tibb işçisi, 5 min yer
Həmin insidentdə rəsmi Ər-Riyad 800-dək zəvvarın öldüyünü bildirdi. Ancaq ayrı-ayrı ölkələrin təqdim etdiyi rəqəmlər 2 mindən çox adamın dünyasını dəyişməsi versiyasını ortaya çıxardı. Onlardan 400-dən çoxu iranlıydı.
Səhiyyə Nazirliyində Həcc əməliyyatlarına nəzarət edən Hüseyn Ğanam agentliyə deyib ki, hakimiyyət daha bir basabasa hazırdır. O, təcili yardım maşınlarının briqada halında işlədiyini vurğulayıb.
30 min tibb işçisi bu işə ayrılıb, xəstəxanalarda 5 min çarpayı hazırlanıb.
Səudiyyə Qırmızı Aypara Cəmiyyətinin direktoru Məhəmməd bin Abdullah al-Qassimin sözlərinə görə, qurum nazirliyi 350 ambulans, dörd hərbi sanitar vertolyotla dəstəkləyir. Cəmiyyət bu il yeni səhiyyə mərkəzləri də açıb və fövqəladə hallarla bağlı təlimlər keçib.
«Allaha şükür, əlavə təchizatımız, üstəgəl xüsusi avadanlığımız, faciə halını idarə etməyə maşınlarımız var və onları ən yaxın xəstəxanaya apara bilərik», – Qassim «Reuters»ə söyləyib.
2015-ci il insidentindən bəri ilk dəfə olaraq bu il 90 minədək iranlı Həccə gedir.
Xəstəlik qorxusu
Ziyarətlə bağlı daha bir narahatlıq zəvvarlar arasında xəstəliklərin yayıla bilməsi sarıdandır. Axı onlar beş gün ərzində bir-birinə sıx yaşayır, bayırda yeyir, müqəddəs yerlər yaxınlığında yerdəcə yatırlar.
Ğanamın sözlərinə görə, nazirlik potensial ölümcül Yaxın Şərq Respirator Sindromu (MERS) kimi yoluxucu xəstəlikləri nəzarətdə saxlamağa hazırdır. Bu sindrom son beş ildə Səudiyyədə yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulda və avqustun əvvəlində Səudiyyədə 26 nəfərin MERS-ə yoluxduğunu, altı nəfərin öldüyünü bildirir.
Bundan başqa, qonşu Yəməndə yarım milyondan çox adam vəbaya yoluxub, apreldən bəri bu epidemiyadan 1975 nəfər həlak olub.
Ğanam deyir ki, xəstəxanalara vəba simptomları olan zəvvarlarla xüsusilə ehtiyatlı olmaq tapşırığı verilib. Bu xəstəliyin qarşısı vaxtında alınmazsa, bir neçə saata ölümlə sonuclana bilər.