vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
Edamların qorxunc artımı 16:09 | 7 iyul 2025 | Bazar ertəsi Məqaləyə 28 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Edamların qorxunc artımı

Səudiyyə Ərəbistanında ölüm hökmü acınacaqlı həddə

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Amnistiya Təşkilatı edamların “dəhşətli sürətlə” artdığı Səudiyyə Ərəbistanına beynəlxalq təzyiqlərin tətbiq edilməsinə çağırıb.

“Amnesty İnternational” bu gün Səudiyyə Ərəbistanında son on ildə həyata keçirilən ölüm hökmlərinin təhlilini dərc edib və nəticələrin həyəcan verici olduğunu bildirib.

Hesabata görə, 2014-cü ilin yanvarından 2025-ci ilin iyun ayına qədər 1816 nəfər edam edilib. 2024-cü il edamların pik həddə çatdığı il olub, 345 edam icra edilib.

Bununla belə, hesabatda qeyd olunur ki, bu ilin əvvəlindən edamların sayında daha da artım var.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, bu ilin əvvəlindən ümumilikdə 180 nəfər edam edilib, onlardan 46-sı iyun ayında həyata keçirilib.

Edam edilənlərin 66 faizi narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilib, edam edilənlərin 75 faizi isə şiə azlıqları və xarici ölkə vətəndaşları olub.

Edam edilənlər arasında Pakistan, İordaniya, Suriya, Yəmən, Misir və Somali vətəndaşlarının olduğu bildirilir.

Beynəlxalq Amnistiya Təşkilatının Almaniyadakı baş katibi Culia Duçrou beynəlxalq ictimaiyyəti edamlara son qoyması üçün Səudiyyə Ərəbistanına təzyiq göstərməyə çağırıb.

“Səudiyyə Ərəbistanında kobud ədalətsiz məhkəmələrdən sonra ölüm hökmünün vəhşicəsinə tətbiqi təkcə insan həyatına tam etinasızlığı nümayiş etdirmir. Bu hökmün narkotik cinayətləri ilə əlaqələndirilməsi həm də beynəlxalq hüququn və beynəlxalq standartların kobud şəkildə pozulmasıdır”, – Duçrou deyib.

“Amnesty İnternational”ın Səudiyyə Ərəbistanı ekspertlərindən biri olan Kristin Bekerl Səudiyyə Ərəbistanında edamların sayının artması tendensiyasını “dəhşətli” adlandırıb.

Narkotik cinayətlərinə görə verilməməsi lazım olan edam hökmlərini tənqid edən Bekkerl bu edamların son zamanlar özünü dünyaya islahatçı və mütərəqqi göstərməyə çalışan Səudiyyə Ərəbistanının qaranlıq və ölümcül üzünü ortaya qoyduğunu bildirib.

 

Jurnalistlər də edam edilir

 

Səudiyyə Ərəbistanında edam edilənlər arasında jurnalistlər də var. Məsələn, 2018-ci ildə həbs edilən jurnalist Turki əl-Kassir bu il edam edilib.

ALQST vətəndaş cəmiyyəti təşkilatı əl-Kasirin qadın hüquqları və korrupsiya kimi mövzulara diqqət yetirdiyinə diqqət çəkir. Bununla belə, edam edilən jurnalist terrorçuluq və milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edilib.

2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı, “dünyaya açılmaq” üçün təyin etdiyi islahatlar çərçivəsində bəzi hallarda ölüm cəzasını tətbiq etməmək qərarına gəldiyini açıqladı.

 

Lakin “Amnesty İnternational”ın hesabatında islahat apardığını iddia edən Səudiyyə Ərəbistanında verilən vədlərin əksinə olaraq edamların artdığı ortaya çıxıb.

Səudiyyə Ərəbistanı dünyada ölüm hökmünün ən çox tətbiq olunduğu ölkələrdən biridir. Bu siyahıda Çin birinci, İran ikinci yerdədir.