Trampın təyyarəsindəki milyarderlər
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
11:59 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 270 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi tərəflər üçün uğurlu oldu. Bu səfər ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqliyə verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Donald Tramp Səudiyyə Ərəbistanında çox mühüm sazişlər imzaladı. Səudiyyə Ərəbistanı ABŞ-a 600 milyard dollarlıq investisiya yatıracaq, bu məbləğin 1 trilyon dollara qədər artıracağı proqnozlaşdırılır. Paytaxt Ər-Riyadda tarixin ən böyük hərbi əməkdaşlıq sazişi də imzalandı. Səudiyyə Ərəbistanı ABŞ-dan 142 milyard dollar həcmində hərbi texnika alacaq, bu sahədə ortaq layihələr reallaşdırılacaq.
ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgə sülhü və əməkdaşlığı üçün çox mühüm addım atılıb. Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüşdürüb. Tramp bu görüşdə ABŞ-ın Suriyaya qarşı sanksiyalarıı ləğv etdiyini bildirib. Bu Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. ABŞ Suriyaya qarşı sanksiyaları 1979-cu ildən tətbiq edir. Bu Suriyada Əsəd hakimiyyətinin siyasəti ilə bağlı idi. Əsəd Suriyadan qaçdığına və bu ölkədə hakimiyyət dəyişdiyinə görə sanksiyalara ehtiyac yoxdur. Digər tərəfdən bölgə ölkələri ABŞ-ın sanksiyalarına görə, Suriyada iqtisadi layihələr reallaşdıra bilmirlər. Sanksiyaların ləğvindən sonra isə Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar. Bu Suriya xalqı üçün vacibdir. Suriyada hakimiyyət dəyişikliyindən sonra əsas məsələ suriyalıların iqtisadi və sosial problemlərinin həllidir. Bu mənada Məhəmməd bin Salmanın Trampı Suriyaya qarşı sanksiyaları ləğvinə inandırması bölgə üçün faydalıdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün də Suriyada fəaliyyət göstərməsi, neft və qaz layihələrində iştirakı üçün yeni imkanlar açıldı. Suriyada neft və qazın istismarı məqsədilə neft şirkətlərinin konsorsiumlar yaratması mümkündür.
İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın Suriyaya sanksiyaların ləğv etməsini istəmirdi. Trampın sanksiyaların ləğvi və Suriya lideri ilə görüşü Netanyahuya xəbərdarlıq mesajıdır. Bundan sonra İsrail Suriyanı bombalamaqda yenə davam edərsə, Netahyahu dostu adlandırdığı Trampla münasibətləri gərginləşdirmiş olacaq. Əgər İsrail ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəyirsə, Suriya və Fələstin siyasətini dəyişdirməlidir.
Bu arada, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır. Azərbaycanın öz müttəfiqləri Türkiyə və Səudiyyə Ərəbistanı ilə eyni ittifaqda yer alması regional əməkdaşlığa fayda verəcək.