İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
07:56 | 18 aprel 2025 | Cümə
Məqaləyə 268 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Səudiyyə müdafiə naziri şahzadə Xalid atası kral Salmanın məktubunu İran lideri Xameneyiyə çatdırmaq üçün Tehrana səfərə gəlib. Bu, ötən 20 il ərzində Səudiyyə tərəfindən İrana edilmiş ən yüksək səviyyəli səfər hesab olunur. Uzunmüddətli soyuq müharibədən sonra 2023-cü ilin yayında Çinin vasitəçiliyi ilə münasibətlərdəki buzları əridən Səudiyyə və İran, ötən iki ildə regional məsələlər ilə bağlı birbaşa danışıqlar formatına üstünlük verirlər. Həm İran, həm də Səudiyyə mediasında səfər çox müsbət mesajlarla təqdim edilib.
Məlumdur ki, ABŞ-ın mümkün hücumlarına cavab olaraq, İran rəhbərliyi Körfəz Ərəblərinin neft yataqlarını bombalamaqla təhdid edir. Əslində bu təhdid İranın Tramp hakimiyyəti qarşısındakı ən böyük rıçağı sayılır. Çünki Körfəzin partladılması qlobal miqyaslı enerji böhranı deməkdir ki, bu da neftin qiymətinin kəskin azaldılmasına dair strategiya izləyən Tramp hökuməti üçün ciddi problem olacaq. Ümumiyyətlə, belə bir enerji böhranı bütün dünya iqtisadiyyatını alt-üst edə bilər.
Son həftələrdə Körfəz ölkələrinin İrana qarşı mümkün hücumlarda iştirak etməyəcəyinə dair xəbərlər gündəmə gəlir. Bəllidir ki, ərəblər ortaya çıxa biləcək müharibədən mümkün qədər uzaqda qalmağa, özlərini qorumağa çalışırlar. Təbii ki, neft yataqlarının təhlükəsizliyi Səudiyyə Krallığı üçün müstəsna əhəmiyyətli mövzudur, ölkənin mövcudluq məsələsidir. Bu mənada, mümkün ABŞ-İran toqquşmasından kənarda qalmaq Səudiyyə üçün də bir nömrəli prioritetdir. Yəqin ki, kral Salmanın Xameneyiyə məktubunun əsas məzmununu da bu mövzu təşkil edir. Trampın mayın ortalarında Səudiyyəyə səfər edəcəyini nəzərə alsaq, kral Salmanın məktubunda ABŞ ilə İran arasında diplomatiyaya zəmin yaratmaq məqsədi də yer ala bilər.
Maraqlıdır ki, Xameneyi “irəliləyiş əldə etdiyimiz sahələrdə sizə dəstək göstərməyə hazırıq” sözləri ilə şahzadə Xalidə nüvə sahəsində əməkdaşlıq edə biləcəklərinə dair mesaj da verib. Səudiyyənin uzunmüddətdir mülki nüvə proqramına başlamaq üçün ABŞ ilə danışıqlar apardığı, lakin nəticə əldə edə bilmədi məlumdur. Yəqin ki, Xameneyi alternativ yol təklif etməklə, ABŞ-Səudiyyə münasibətlərində nüvə ilə bağlı anlaşmazlığı daha da alovlandırmağa çalışır.
Nə qədər ağlasığmaz görünsə də, Yaxın Şərqdə Səudiyyənin ABŞ ilə İran arasında danışıqlara vasitəçilik etməyə çalışdığı, İranın Səudiyyəyə nüvə proqramına başlamaq üçün dəstək təklif etdiyi bir dövrə şahidlik edirik. Milli maraqlar rəqib iki dini rejimi taktiki tərəfdaşlığa məcbur edir.