Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
08:09 | 18 aprel 2025 | Cümə
Məqaləyə 451 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq açıq şəkildə bəyan edib ki, ölkənin yeni Konstitusiyasından Dağlıq Qarabağa dair ərazi iddialarını ehtiva edən müddəalar çıxarılacaq. Onun sözlərinə görə, bu, Ermənistanın müstəqillik bəyannaməsinə edilən istinadı da əhatə edəcək – sənəd ki, uzun illər Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hüquqi və ideoloji əsası olub.
Paşinyan artıq yeni Konstitusiyanın hazırlanması prosesinə start verilməsi və sənədin ümumxalq referendumu ilə təsdiq olunması barədə göstəriş verib. Əgər əvvəllər Ermənistan rəhbərliyi bu məsələdə qeyri-müəyyənlik nümayiş etdirirdisə, indi baş nazir aydın şəkildə bəyan edir: Dağlıq Qarabağa iddialar simvoluna çevrilmiş istinad arxivə göndərilir.
Bununla belə, Paşinyan hesab edir ki, son söz erməni xalqına məxsusdur – yeni əsas qanun layihəsi 2026-cı ilin mayında keçiriləcək parlament seçkiləri ilə eyni gündə referendumda xalqın ixtiyarına veriləcək.
Bu addım İrəvanın sülh prosesinə siyasi iradə göstərməyə hazır olduğunu göstərsə də, onun real nəticələrə çevrilməsi üçün hələ uzun yol var. Bakı tərəfi isə bu barədə açıq danışır: Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın səbrini sadəcə vədlərlə yoxlamaq olmaz – Bakı hüquqi təminatlı və rəsmi təsdiqlənmiş qərarlar tələb edir. Beləliklə, Ermənistanla sülh müqaviləsinin imzalanması ən azı bir il sonraya təxirə salınır.