Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
19:42 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 364 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Bu gün qondarma respublikanın yaranmasının ildönümü münasibəti ilə İrəvanda separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyalarının iştirakı ilə toplantılar keçirilib, bəyanatlar səsləndirilib.
“Əsirlərin azad edilməsi və Qarabağ ermənilərinin öz evlərinə qaytarılması məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalıdır.Belə bir bəyanatla “Dağlıq Qarabağ parlamenti” növbədənkənar sessiyada çıxış edib - sənədi İrəvanda keçirilən mitinqdə deputat Metaxe Akopyan oxuyub.
Müəlliflər ATƏT-in Minsk qrupunun da buraxılmasını qəbuledilməz hesab edirlər, çünki onun mandatına Qarabağ ermənilərinin hüquqları məsələsi də daxildir. Bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT MQ-nin buraxılması qəti şəkildə qəbuledilməzdir.
Bundan başqa, özünü separatçıların lideri (prezidenti) adlandıran Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalifət partiyaların sədrləri bəyanatlarında indiki şəraitdə Qarabağın müstəqilliyinin mümkün olmamasına baxmayaraq ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən “azad ediləcəyi” ilə bağlı çıxışlar ediblər. Onlar Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıblar.
Qısası, Ermənistandakı və ölkə xaricindəki bu qüvvələr “Böyük Ermənistan” haqqında hələ də fikirləşməkdədirlər və Paşinyanı devirərək xarici güclərin köməyi ilə yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. Bu gün İşxan Saqatelyan və digərləri tərəfindən səsləndirilən bəyanatda “Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişi imzaladı və buna görə də bu sənəd qeyri - legitimdir” kimi oxşar ifadələr səsləndirildi.
Baş verənlər bir daha bizi əmin etməlidir ki, Azərbaycan prezidenti İlham Əliyev necə dəqiqliklə bizi gözləyən çağırışları vaxtında həll etdi. Laçın yolunun azad edilməsi, bölgənin separatçılardan təmizlənməsi, sülhməramlıların Qarabağı qarşılıqlı razılaşma yolu ilə tərk etməsi, Ermənistan dövlətinin Minsk qrupunun buraxılmasına razılıq verməsi və Vaşinqton sazişi çox ciddi çağırışlar qabağı dövlətimizi təhdidlərdən sığortaladı.
Böyük Avrasiyanın şəkilləndirilməsi hələ davam edir. Cənubi Qafqazda da çox ciddi tarixi hadisələr baş verir. Yaxın onilliklərin münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı “erməni kartından” , “etnik kartlardan”, o cümlədən hərbi təhdid formalarından istifadə edilməsi gözləniləndir.
Lakin, indi nə 1918-20-ci illər, nə də 1990-cı illərdir. Şuşa Bəyannaməsi var, Azərbaycanın siyasi, iqtisadi, demoqrafik, diaspora potensialı kifayət qədərdir, dövlətimiz Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının aparıcı dövlətlərindən biridir, kifayət qədər ciddi hərbi - siyasi müttəfiqlərimiz var.
Bu gün Ermənistanda hökuməti tənqid edən və Azərbaycanı “işğalda” və sair kimi cinayətlərdə günahlandıranlar bir daha sübut edir ki, revanşist qüvvələr hələ də köhnə xülyalarla yaşayır, cəmiyyəti çaşdırmaqla dövlətin gələcəyini təhlükəyə atırlar. Halbuki Ermənistanın gələcəyi yalnız və yalnız özünün düzgün seçimlərindən asılıdır. Əgər o, regionda real vəziyyəti qəbul edib, qonşularla normal münasibətlər qursa, inkişaf və təhlükəsizlik qazana bilər. Əks halda, “Böyük Ermənistan” kimi utopik ideyalar və separatizmə dəstək siyasəti onu daha da dərin böhrana sürükləyəcək. Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır.