
Paşinyanın çətin vəzifəsi
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
SEPAH-dan Bakı-İrəvan razılaşmasına qarşı mövqe
Pezeşkian “Zəngəzur koridoru” layihəsinə qarşı tənqidləri yumşaldıb
İran Trampın Zəngəzurda planlaşdırdığı dəhlizə mane olmaqla hədələyib
Azərbaycan və Ermənistanın Ağ Evdə imzalanan sülh sazişinin mətni açıqlanıb
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
ABŞ və Türkiyə Rusiyanı Cənubi Qafqazdan çıxarır
ABŞ Ukraynada güzəştə gedib, Qafqazı qazanır?
Azərbaycanın güclənməsinə qarşı fars-şiə qarşıdurması
Ermənistan və Azərbaycan liderləri Trampla bir araya gəlir
Böyük Sülh Müqaviləsi imzalanacaqsa, ...
Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
Mayın 10-da Robert Köçəryanın yaxınlarından Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Bu gün yayılan məlumata görə, məlum olayla bağlı cinayət işi qaldırılıb.
Xatırlatmaq yerinə düşər ki, Samvel Karapetyan erməni cəmiyyətində Robertin cəlladlarından biri kimi tanınır. Məşhur mart 2008-ci il hadisələri zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt Prezident iqamətgahının zirzəmisində gizlətmiş, 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin , o cümlədən Ter- Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açmışdı.
Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Köçəryan, Samvel Karapetyan, Serj Sərkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları xeyir-dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər. Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və sair regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək.
Bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil. Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Dünən Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir.
Bu xüsusda, istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın arxasında mart ayında Fərruxlu kəndindəki təxribatda olduğu kimi məhz Köçəryan dayanır. Bununla da, o və komandası “sərhəddəki mümkün uğursuzluq” fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini sarsıtmaq istəyir. Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilib. Hətta, erməni baş nazir sülhməramlıları günahlandıran bəyanatlar da vermişdi.
Hazırda , müəyyən dövlətlər və müxalifət Paşinyanı devdirmək üçün “uyğun” vaxt seçiblər. 1998-ci ildə olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert Köçəryan keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə indi Ter-Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə, elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır.
Etiraf etməliyik ki, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər. Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin "öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb" kimi mümkün iddiaları - yeni müharibəni labüd edəcək.
Ermənistan və Rusiya dövlətləri Üçtəfəfli Bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək.