Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:54 | 14 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 377 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
... Yaxud cəmiyyətin ölçü sistemi
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Keçmiş SSRİ məkanında baş verənlər bir daha xarici siyasət faktorunun dövlətlər üçün necə əhəmiyyət daşıdığını göstərdi.
1991-ci ildə müstəqilliklərini bərpa edən və ya qazanan dövlətlər ilk illərdən bu günə qədər sözün həqiqi mənasında müstəqil və suveren olmaq üçün bir sıra vacib prinsipləri reallaşdırmağı bacarmalı idilər. Bu prinsiplər sırasında ilk növbədə – milli maraqlar, suverenlik və təhlükəsizlik dayanır.
Sonrakı hadisələr göstərdi ki, heç də hər kəs qarşısında dayanan çağırışların öhdəsindən gəlməyi bacarmadı. Bu sıraya Ukrayna, Gürcüstan, Moldova və Ermənistan daxildir. Sonuncunun əvvəlcə Rusiyaya, sonra Qərbə, ilk üçlüyün isə Qərbə ümid etmələrinin nəticəsi hər kəsin gözü qabağındadır.
Xarici qüvvələrə həddindən artıq bel bağlayan və öz milli maraqlarını ikinci plana atan dövlətlər uzunmüddətli perspektivdə arzuolunmaz nəticələrlə qarşılaşırlar. Belə yanaşma bir neçə real tarixi və siyasi nümunələrlə əsaslandırıla bilər.
1. Asılılığın təhlükəsi
İqtisadi, hərbi və ya siyasi yardım almaq ümidi ilə öz daxili siyasətlərini uyğunlaşdırır, amma bu, çox vaxt birtərəfli asılılıq yaradır. Qərbin maraqları isə heç də hər zaman həmin dövlətin maraqları ilə üst-üstə düşmür. Bu vəziyyətdə həmin ölkə öz suveren qərarvermə imkanını itirə bilər.
2. Gözləntilərin doğrulmaması
Çoxsaylı nümunələr göstərir ki, Qərb vədlər versə də, bu vədlər ya gec yerinə yetirilir, ya da ümumiyyətlə yerinə yetirilmir. Məsələn, postsovet məkanında və ya Yaxın Şərqdə Qərbdən dəstək gözləyən, lakin arxasında real güc tapa bilməyən dövlətlərin aqibəti göz qabağındadır.
3. Milli kimliyin zəiflədilməsi
Qərb strukturlarına inteqrasiya bəzi hallarda daxili ideoloji, mədəni və sosial sistemin dəyişdirilməsini tələb edir. Bu isə ictimai narazılığa və daxili qarşıdurmalara səbəb ola bilər. Cəmiyyətin hazır olmadığı islahatlar böhrana səbəb ola bilər.
Və ya. Milli kimliyin bilərəkdən zəiflədilməsi, yad ideologiyaların, həyat tərzinin sırınması. Nəticədə soya bağlılıq və identiklik itirilir.
4. Alternativ güclərin narahatlığı
Bir dövlət Qərbə yaxınlaşdıqda, regiondakı digər güclər (Rusiya, Çin, İran və s.) bundan narahat olur və qarşı tədbirlər görür. Bu da həmin dövləti geosiyasi oyun meydanına çevirir və nəticədə stabillik pozulur.
5. Azərbaycan nümunəsi
Əslində bu adları çəkilən dövlətlərlə müqayisədə Azərbaycan daha çox çağırışlarla üz-üzə idi.
a. Azərbaycan daha çox dövlətdən tələblərlə üz - üzə idi, ərazisi BMT TŞ -nın ən azı 3 dövləti tərəfindən mübahisələndirilirdi.
b. coğrafi baxımdan bir - birinə qarşı olan dövlətlərin Azərbaycan uğrunda geosiyasi mübarizəsi və s.
Nəticə: Qərbə yönəlmək və ondan dəstək almağa çalışmaq prinsip etibarilə yanlış deyil. Amma bu, yalnız öz milli maraqları və uzunmüddətli strateji plan çərçivəsində aparılmalıdır. Realist və çoxşaxəli xarici siyasət yürütməyən dövlətlər, başqa güclərin alətinə çevrilmə riski ilə üzləşirlər. Qərbə “bel ağlamaq” yerinə, onunla praqmatik əməkdaşlıq etmək daha rasional yanaşmadır.