vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Paşinyan özünü ağıllı sayır ... 13:07 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan özünü ağıllı sayır ...

Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Üçtərəfli Bəyanat ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Müvafiq dövlətlər ya İrəvanı vadar etməlidirlər, ya da rəsmi Bakı özü bildiyi kimi hərəkət edəcək.

Bu arada, məlum olub ki, Paşinyan nəinki  Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağ ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir.

1. Azərbaycan – Ermənistan sərhədində heç bir demilitarizasiya zonası yaradılmayacaq. Ordumuz olduqları yerdə qalacaqlar. Paşinyan belə hiylə ilə özünü aldatsın.

2. Qarabağda demilitarizasiya zonası yaratmaq təklifi o deməkdir ki, Ermənistan Xankəndi və ətraf şəhərlərdən erməni hərbi birləşmələri çıxartmaq istəmir.

Paşinyanın fikrincə Qarabağın dağlıq hissəsində yerləşən silahlılar Ermənistan ordusunun üzvləri deyil. O, bunu Praqada bildirib. Burada da, Nikolun işbazlıqla məşğul olduğunu görürük. Xankəndidəki erməni silahlılarını bölgədə yaşayan ermənilərin Azərbaycan tərəfindən soyqırıma məruz qalmaması üçün vacib hesab edən və onları “özünümüdafiə ordusu” adlandıran Ermənistan yeni müharibəni tezləşdirir. Yaxşı olar ki, Paşinyan və Vaşinqtonda, Brüsseldə, Praqada, Soçidə iştirak edən vasitəçilər açıb Üçtərəfli Bəyanatda “erməni hərbi birləşmələri” və ya Ermənistan hərbi birləşmələri yazıldığına diqqətlə baxsınlar.

Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər! Görünən odur ki, 4 dövlətdən müəyyən siyasi, mənəvi və hərbi dəstəyi alacağına ümid edən Nikol danışıqlar prosesində sözünü tutmayan gədə statusunu möhkəmləndirmək istəyir. Elə isə, saqqalından yapışacaq erməni vətəndaşlarını gözləsin.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)