
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
Hiss olunur ki, ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda çox israrlıdırlar. Ermənistan İspaniyanın “SATLANTİS” şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı.
Sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq. Yəni, çox tələsirlər.
İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitorinq sistemini qurur.
Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların “Landsat” və “Sentinel-2” peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər.
Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görünür.
Düşünmək olar ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır.
Görünür ki, bu məsələlərin çox uzanması Ermənistanın addım-addım güclənməsinə şərait yaradır.
Prezident İlham Əliyevin də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görünür.
Təkcə qeyd etdiyim məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil.
Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı.