
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
Azərbaycan Rusiyanın oyununu pozur
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Erməni baş nazir müharibə istəyir?
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
10 Noyabr Bəyanatı: İcra edilməyən üç bənd
“Son günlər ermənilər mövqelərimizi daha intensiv şəkildə atəşə tutmağa başlayıb. Hətta dünən erməni qanunsuz silahlı birləşmələri Şuşa ətrafındakı mövqelərimiz istiqamətində də hərbi təxribat törətdilər”. Bunu hərbi ekspert Heydər Mirzə deyib.
O bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlar hazırlayır: “Hətta artıq söz-söhbət yayılıb ki, Ermənistanın keçmiş Xarici işlər naziri Vardan Oskanyan ola bilsin ki, separatçı rejimdə (Xankəndidə) eyni “vəzifəni” tutsun. Amma bu xəbər yeni olduğu qədər, eyni zamanda hələ təsdiqini tapmayıb.
Bu hadisələr fonunda deyə bilərəm ki, təkcə Azərbaycanla sərhəddə təxribatlar törədilmir, bundan başqa da nələrsə baş verir. Ermənilər belə görünür ki, KTMT sammiti ərəfəsində diplomatik müstəvidə də hansısa proseslərə start veriblər.
Amma məsələyə elə bir zamanda münasibət bildirirəm ki, V. Oskanyanla bağlı məsələlər tam olaraq təsdiqini tapmayıb, bu istiqamətdə bir çox söz-söhbətlər hələ rəsmi deyil. Bu xəbərin özü də təxribat məqsədi daşıyır.
Demək ki, informasiya istiqamətində də ermənilər Azərbaycanın mövqelərini təxribata çəkmək planı hazırlayıb. İndi bizə proseslərin hansı məcraya yönələcəyini izləmək qalır, indiki məqamda əlimizdən ancaq bu gəlir”.
Qeyd edək ki, Xankəndindəki Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar növbəti təxribat qərarını elan etməyə hazırlaşır. İddialara əsasən separatçıların yeni “xarici işlər naziri” Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Köçəryanın köməkçilərindən biri Vardan Oskanyan olacaq. (Milli.az)