İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:13 | 24 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 879 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
“Hawzah News” saytının xəbərinə görə, İranın dini rəhbərinin SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinin rəhbəri Əbdülrəhim Nəcəfquluzadə Sərayi sərsəm iddia irəli sürüb: “Azərbaycan Respublikası bütün hərbi bazalarını İsrail və İran İslam Respublikasının digər düşmənlərinin ixtiyarına verib”.
O, ölkədə son iki ayda baş verən hadisələrə toxunaraq kinayə ilə deyib: “Bu gün bizə yol göstərən və öz mediasını düşmənlərin ixtiyarına verən ölkələr müharibədə bütün kimyəvi maddələrdən istifadə ediblər, hansı ki, adətən heç bir savaşda istifadə olunmur”.
***
İran hökumətinin sifarişi ilə illərdir Azərbaycan əleyhinə ən qatı mövqedən çıxış edən Tehran Universitetinin müəllimi, özünü Qafqaz üzrə “siyasi şərhçi” kimi qələmə verən Ehsan Movəhhediyan adlı şəxs özünün “Twitter” hesabında ötən gün Azərbaycanda səfərdə olan ABŞ Konqresinin üzvü Mayk Doran və İsrailli professor Brenda Şafferin Xudafərin bölgəsinə baş çəkməsi ilə bağlı video paylaşaraq yazıb:
“Psixoloji müharibə mütəxəssisləri və İranda xaos və paraçalanmanın İsrail və ABŞ-dan olan nəzəriyyəçiləri ölkəmizin “Bakı Respublikası” ilə sərhədinə gələrək dolaşırlar. Bu quldurların üzərinə səs bombası yağdırmaq və saçma tüfəngindən atəş açmaq lazım idi ki, qaçsınlar və bir daha qələt edib İran sərhədinin kənarına gəlməsinlər”.
Daim İran-Azərbaycan əlaqələrini korlamağa ciddi cəhd edən bu militarist ekspert daha sonra İran hakimiyyətinə səslənib: “Bir dəfə də ciddi olun, onların bu “həyasızlığı” İranın dini və yumşaq yanaşmasına cavab idi!”