vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
Başı gicəllənən Paşinyan 09:24 | 24 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1351 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başı gicəllənən Paşinyan

Sülh müqaviləsi Ermənistanın əl-qolunu bağlayacaq

Zaur MƏMMƏDOV

Bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir. Son Fransa və İran müdaxilələrini nəzərə alsaq görüşə Paşinyan gicəllənən baş ilə gələcək. Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏT-in nümayəndələrinin Ermənistanda olması və Avropa İttifaqının xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qaçmamalıdır.

Fransa-İran-Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq  İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant – sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilinər. İndiki məqamda ən vacib məsələ isə, Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır.

Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. (Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris-Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sıra korrektələr edib). Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əl-qolu bağlanmış olacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)