İrəvanda rusiyalı qadının meyiti tapıldı
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
08:28 | 12 fevral 2025 | Çərşənbə
Məqaləyə 533 dəfə baxılıb
Şriftin ölçüsü
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan parlamentinin spikeri Alen Simonyanın dünən Qarabağ türk toponimidir və bölgənin adının “Arsax” deyil, məhz Qarabağ adlandırılması siyasi cəhətdən etik bəyanatı və əlavə olaraq Qarabağ ermənilərinə “siz əlinizdə olan silahla vuruşa bilərdiniz, amma siz qaçdınız” deməsi Ermənistan daxilində iki toplum arasında ziddiyyətlərin artıq siyasi arenaya çıxmasının göstəricisidir.
Məlumdur ki, Qarabağ erməniləri ilə bugünkü Ermənistan erməniləri arasında cəmiyyət səviyyəsində bir – birinə dözümsüzlük mövcuddur. Uzun müddət onlar Böyük Ermənistan naminə bu ziddiyyət və münaqişəni gizlətməyə və görməməyə çalışsalar da, onların milli fəlsəfi- ideoloji doktrinalarının 44 günlük müharibədən sonra ciddi şəkildə zədələnməsi şübhəsizdir.
Qayıdaq Qarabağ və şərti olaraq “İrəvan ermənilərinə”. Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları “türk motor” (türk mühərriki), “Türkatsats hayi” (ermənilərin türk hibridi) və ya sadəcə olaraq “paxstakan” (gəlmə) adlandırıb və bu sözə təhqiramiz məna vemiblər. Hələ də “şurtvata” sözünü işlədirlər. Bəs bu söz nə deməkdir?! Xəyanətkar, fırıldaqçı, əclaf. “Qarabağ eşşəyi” deyilən başqa bir təhqir forması da var.
Bunu biz Ermənistan küçələrində də sezə bilərik. İrəvan və başqa şəhərlərdə küçələrdə gedərkən erməni dilində bu ifadəni eşidə bilərsiniz: “Hai es?” “O Qarabağlılar?” (Sən ermənisən?! Yoxsa... Qarabağlısan?!)
Beləliklə, Alen Simonyan və Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq.