
Altsheymer halları niyə artıb?
Hava kirliliyi və demensiya arasında əlaqə
Hava kirliliyi və demensiya arasında əlaqə
Altsheymer xəstəliyində əhəmiyyətli tapıntı
Evli yaşlılarda demensiya nisbəti daha yüksəkdir
Avropa qan banklarında yeni böhran
Qan qrupunu söylə deyim kimsən
“Qızıl qollu adam” Harrison 1173 dəfə qan verməklə dünya rekordu qırıb
İnsanların səslərindən istifadə ilə hipertoniyanı aşkar etməyin yolu tapılıb
İngiltərədə həyəcan siqnalı
Bunun üçün cəmi 9 şərt və 3 üsul var
HİV müalicəsində yeni mərhələ
Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...
Çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içmək ....
105 litr qan yandırılıb
Müsabiqə və ümumi müsahibə elan edilib
Yeni qan testi erkən və dəqiq diaqnozu daha əlçatan və münasib qiymətə gətirərək minlərlə ailənin müalicə və dəstək prosesini sürətləndirə bilər.
Altsheymer xəstəliyinin diaqnozunda istifadə olunan bahalı və daxilə müdaxilə tələb edən metodların yerini sadə bir qan testinin alıb-almayacağını araşdıran kritik klinik sınaq Böyük Britaniyada başlayıb.
Araşdırma London Universitet Kollecinin (University College London) rəhbərliyi ilə aparılır və ölkə üzrə yaddaş klinikaları vasitəsilə xəstələr testə cəlb olunur.
Sınaq, qanda “p-tau217” proteininin səviyyəsinin ölçülməsinin Altsheymer xəstəliyinin erkən və etibarlı diaqnozuna imkan verib-verməyəcəyini göstərəcək. Bu yolla həm xəstələr, həm də həkimlər daha sürətli və məlumatlı qərarlar verə biləcəklər.
Hazırda Altsheymer diaqnozunu təsdiqləmək üçün əsasən beyin tomoqrafiyası və ya beldən maye götürülməsi tətbiq olunur. Lakin bu metodlar həm bahalı, həm də çətin əlçatandır. “Alzheimer’s Research UK”in məlumatına görə, diaqnoz qoyulan insanların yalnız 2%-i bu “qızıl standart” testlərdən birini keçir.
“Alzheimer’s Research UK”in Baş Tibbi Məsul şəxsi və sınağın həmsədri professor Conatan Şott (Jonathan Schott) deyib:
“Onilliklər boyu aparılan araşdırmalardan sonra artıq Altsheymer üçün güclü elmi sübutlarla dəstəklənən bir qan testinə sahibik. Bu test, PET müayinələri və bel mayesi analizi kimi qızıl standart metodlarla eyni məlumatı təqdim edir, üstəlik çox ucuz və əlçatandır”.
Araşdırma çərçivəsində 20 NHS (Milli Səhiyyə Xidməti) mərkəzində 1.100 iştirakçı sınaqdan keçiriləcək. Onların yarısı 3 ay ərzində test nəticələrini alacaq, digər yarısı isə 1 ildən sonra. Tədqiqatçılar erkən nəticələrin diaqnoz prosesini sürətləndirib-sürətləndirmədiyini, klinik qərarlara təsir edib-etmədiyini və xəstələrin həyat keyfiyyətini dəyişdirib-dəyişdirmədiyini araşdıracaq.
Bu, bir çox ailə üçün daha sürətli diaqnoz ümidi deməkdir. Həyat yoldaşı Ketrin (Kathryn)ə baxan Maykl Uayt (Michael White) deyib:
“Bizim diaqnoz yolçuluğumuz iki il yarım çəkdi. Belə bir qan testi əvvəldən düzgün diaqnoz qoymağımıza imkan verərdi və həyatımızda böyük fərq yaradardı”.
Sınaq “Alzheimer’s Society”, “Alzheimer’s Research UK” və “People’s Postcode Lottery” iştirakçılarının dəstəklədiyi çox milyon funt sterlinq dəyərində “Blood Biomarker Challenge” proqramının bir hissəsidir.
Əgər uğurlu olsa, qan testləri gələcəkdə NHS-in demansiya müalicəsində standart prosedur halına gələ bilər.
“Alzheimer’s Disease International”ın məlumatına görə, hər il 10 milyondan çox yeni demansiya hadisəsi qeydə alınır; bu isə hər 3,2 saniyədə bir yeni hadisə deməkdir. 2020-ci ildə dünyada 55 milyon insan demansiya yaşayırdı, bu rəqəmin 2030-da 78 milyona, 2050-də isə 139 milyona çatacağı gözlənilir.