
2,4 milyon körpəni xilas edən donor vəfat etdi
“Qızıl qollu adam” Harrison 1173 dəfə qan verməklə dünya rekordu qırıb
“Qızıl qollu adam” Harrison 1173 dəfə qan verməklə dünya rekordu qırıb
Şərqi Asiyada yoxsulluq üzündən orqan donorlarının sayında fantastik artım var
İnsanların səslərindən istifadə ilə hipertoniyanı aşkar etməyin yolu tapılıb
İngiltərədə həyəcan siqnalı
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
Əksəriyyəti mavilər və biseksuallardır
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
Orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
Ekoloji fəlakətin fəsadları çox ağırdır
Bunun üçün cəmi 9 şərt və 3 üsul var
10 il ərzində 6 xəstəxanada 31 xəstə arasında keçirilən yoxlamanın nəticələri
150 il əvvəl orta ömür 40 idisə, indi ABŞ vətəndaşları həmin həddən ən azı 2 dəfə çox yaşayır
Hər il dünya 14 iyun tarixini «Ümumdünya Qan Donoru Günü» kimi qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair Qətnaməsi qəbul edilib.
Hazırda Azərbaycanda da kifayət qədər qan donorları olduğunu bilirik. Bəs ölkə qan tələbatını ödəyə bilirmi? Ümumiyyətlə, bu sahə üzrə vəziyyət nə yerdədir?
Səhiyyə Nazirliyinin Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva Modern.az saytına açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 85 803 qan donoru var:
«Respublika üzrə 2010-cu ildə qan verən donorların sayı 46530 nəfər olubsa, ötən il bu rəqəm 85803 nəfər təşkil edib. Həmçinin 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilib, ötən il isə bu göstərici 40 ton 327 litrə qədər yüksəlib».
P.Hacıyevanın sözlərinə görə qan donorlarının sayı artsa da, bu, ölkənin tələbatını ödəmir:
«10 milyona yaxın əhalisi olan bir ölkə üçün 85 min qan donoru bir az aşağı göstəricidir. Əgər donor sayımız 140-150 minə qalxarsa, ölkə ərazisində qan ehtiyatı tamamilə ödənilə bilər. Digər tərəfdən qeyd etməliyəm ki, bizim heç bir ölkədən qan almağa, yaxud bizdən hansısa ölkəyə qan verilməsinə icazə yoxdur».
Pərvanə Hacıyeva həmçinin daimi qan donorlarından da söz açıb:
«Qan donorları ən çox 25-29 və 30-39 yaş qrupundakı insanalar dır. Demək olar ki, bizdə daimi qan donorları çox azdır. Ölkədə qan verənlər kifayət qədər olsa da, mütəmadi şəkildə gəlib müraciət edənlərin sayı azdır. Ona görə də bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır ki, donorlar uzunmüddətli qalsın. Yəni insanlar bir dəfə gəlib qan verib getməsinlər.
Məsələn, Azərbaycanda donorların 95 faizi yalnız bir dəfə qan verənlərdir. Qalan 5-6 faiz isə daimi donorlardır. Əvvəlki illərdə Ramazan ayında Mərkəzi Qan Bankında kifayət qədər qan olmurdu. Amma bu il Ramazan ayının 19-cu günü olmasına baxmayaraq bankımızda kifayət qədər qan ehtiyatı var. Hətta oruc tutanlar belə gəlib qan verirlər».