
Siqaret qədər təhlükəli
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Yoluxmaların sayı artır
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Səhiyyə orqanlarında yenə yarasa əti həyəcan – bir həftədə 50-dən çox insan ödürüb
Araşdırmanın nəticəsi qorxuncdur
DST ABŞ-ın geri çəkilməsindən sonra üzvlük haqqını artırmaq istəyir
“Qiyamət saatı” bir saniyə irəli çəkilib
Səhiyyə işçilərinə qurumla işi dayandırmaq əmr edildi
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Dünya Səhiyyə Təşkilatından Ukrayna xəbərdarlığı
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
Xəstələrin 80 faizdən çoxu Avropadadır
Növbəti pandemiya elan olundu
İsrail və İsveçrə meymunçiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyəndən sonra xəstəliyin baş verdiyini bildirən ölkələrin ümumi sayı 14-ə çatıb. Meymunçiçəyinin hazırkı epidemiyası zamanı Avropa, ABŞ, Kanada və Avstraliyada 80-dən çox yoluxma hadisəsi təsdiqlənib.
Dünya Səhiyyə Təşkilatı (DST) əlaqəli ölkələrin adlarını çəkmədən daha 50 şübhəli hadisənin araşdırıldığını bildirib.
DST yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu qeyd edib.
Cənubi Koreyaya səfərini başa vurarkən epidemiyanın baş verməsi ilə bağlı sualı cavablandıran ABŞ Prezidenti Co Bayden bildirib ki, ABŞ-da bu infeksiyaya qarşı görüləcək tədbirlər və tətbiq edilə biləcək vaksinlər üzərində hazırda “gərgin iş” gedir. cavabı və hansı peyvəndlərdən istifadə edə biləcəyi üzərində “çox işlədiyini” söylədi.
Epidemiya ilk dəfə Böyük Britaniyada müəyyən edildikdən sonra bu virus bütün Avropada aşkar olunmağa başlayıb – İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İsveçdəki ictimai səhiyyə xidmətləri meymunçiçəyinə yoluxma hallarını təsdiqləyib.
Avropada müəyyən olunmuş hallara əlavə olaraq, Avstraliya Britaniyaya səyahət etmiş bir nəfərin virusa yoluxduğunu təsdiqləyib.
ABŞ-ın Massaçusets ştatının səhiyyə qurumu bu yaxınlarda Kanadaya səyahət edən bir nəfərin meymunçiçəyinə qarşı keçdiyi testin nəticəsinin müsbət olduğunu bildirib.
Kanadanın ictimai səhiyyə agentliyi Quebecdə iki yoluxma halını aşkar edib.
Səyahət edən xəstələrdən biri ABŞ sakindir, onun Kanada ərazisində və ya ölkə xaricində bu xəstəliyə yoluxduğu aydın deyil.
Meymunçiçəyi üçün xüsusi peyvənd olmasa da, bir neçə ölkə çiçək xəstəliyinə qarşı peyvənd ehtiyatı topladıqlarını bildirib.
Adi çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyi infeksiyasına qarşı təxminən 85 faiz təsirli olduğu deyilir, çünki bu iki virus olduqca oxşardır.
DST cümə günü verdiyi açıqlamada, son yoluxma hallarının xəstəliyin endemik olmadığı ölkələrdə baş verdiyini və bunun qeyri-adi olduğunu qeyd edib.
Bu gözlənilməz epidemiyanın niyə məhz indi baş verdiyi hələlik aydın deyil.
Ehtimallardan biri, virusun müəyyən şəkildə dəyişə bilməsi ilə bağlıdır, lakin hazırda bunu təsdiqləyə bilən dəlil çox azdır..
DST-nin Avropa üzrə regional direktoru Hans Kluge epidemiyanın yay mövsümündə güclənə biləcəyi barədə xəbərdarlıq edib, çünki insanlar festivallara və şənliklərə toplaşır və nəticədə, infeksiyanın “yayılması sürətlənə bilər”.