Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
15:17 | 24 may 2022 | Çərşənbə axşamı
Məqaləyə 1256 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Qara dəniz sahilindəki Krım kurort zonası yay mövsümü öncəsi qaynayır, amma turistlərlə deyil. Krımın isti, qumlu çimərlikləri üzərində Rusiya hərbi qırıcıları və vertolyotlarının uçduğu yazılır. Onlar Moskvanın Ukraynadakı müharibəsində iştirak edirlər, yerli sakinlərin çörəyi çıxan turizm sektoru isə məngənəyə salınıb.
Rusiyanın “Delfin” turoperatorunun başçısı Sergey Romaşkin deyir ki, Kremlin nəzarətində olan Krımda bu yay otel bronları ötən illə müqayisədə 40 faizədək azalıb.
***
Səyahət sənayesinin digər təmsilçiləri bu il tələbin 50 faiz azaldığını deyiblər.
2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 24-də isə Rusiya Ukraynanı işğal etməyə başlayıb.
Krımın şərqindəki Feodosiyada mayda çox az turist gözə dəyib. Adətən rusiyalı qonaqlara xidmət göstərən iaşə obyektləri isə boş qalıb.
Rusiya işğala başlayandan Krım səmasını mülki aviasiya üçün qapadıb.
Ukraynada sərt müqavimət görən Rusiya qüvvələri minlərlə canlı qüvvə, yüzlərlə avadanlıq itirib. Müharibə artıq dördüncü aya girib, Donbasda səngər müharibəsilə üzləşən Rusiya Krım üzərində mülki aviasiyaya qadağanı uzatmağa məcbur qalıb.
***
Krımım əsas Simferopol aeroportu ilə 7 milyon nəfəri qəbul edə bilir. Rusiyalı turistlər indi yarımadaya Qatar, avtobus, yaxud Krım körpüsü üzərindən avtomobillə getməlidirlər.
“Kommersant”ın yazdığına görə, Rusiyanın dəmiryolu sistemilə Krıma ilə 2.5 milyon nəfər gedə bilər.
Həm də dəmiryolu Uralda, uzaq şərqdə yaşayan rusiyalılar üçün cəlbedici variant deyil, çünki bu halda yola bir neçə gün gedir.
Dəmiryolu, yaxud magistral yolla səyahət edə bilənləri müharibə də çəkindirir. “Adamlar qorxurlar ki, avtomobillə körpüdən keçəndə körpü dağıla bilər”, – 2014-cü ildən Krımda yaşayan rusiyalı bloger Alyona Bardovskaya deyir.
19 km uzunluqda körpü yarımadanın ilhaqdan sonra tikilib.
***
Bardovskaya turistləri Krıma səyahətdən çəkindirən digər səbəbləri pulsuzluqda, iş bazarında aydınlığın olmamasında görür.
Ekspertlər bu il Rusiya iqtisadiyyatının 15 faiz azalacağını, işsizliyin artacağını proqnozlaşdırırlar. ABŞ və müttəfiqləri Ukraynaya hücuma görə Moskva üzərinə ağır maliyyə və texnologiya sanksiyaları qoyub.
Turizmdə kəskin düşüş isə yerli sakinlər üçün məhvedici səslənir. Sakinlər illik gəlirlərinin böyük hissəsini yayda qazanırlar, bələdçi, ofisiant, satıcı, mehmanxana xidmətçisi kimi çalışırlar.
“Xeyli krımlı üçün uğurlu tətil mövsümü gələn qışı pis-yaxşı yola vermək deməkdir. İndi isə bu mənada böyük narahatlıq var”, – krımlı bloger yazır.