
Ən yüksək nəticəni “Peanut” göstərib
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
75 yaşdan yuxarılar sürücülükdən məhrum oluna bilər
Saxta həkim 82 yaşlı kişini “xərçəng”lə aldadıb və qızıllarını oğurladı
90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
Parkinson xəstələrinin fantastik artım ehtimalı dünyanı qayğılandırıb
Biz zaman keçdikcə tədricən dəyişmirik, hər şey qəfil baş verir
«Active Grandmas Club» nənələr birliyi yeni mövsümə başladı
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
Azərbaycanda 330 minə yaxın ahıl vətəndaş var
75 yaşlı qadını evindən küçəyə atdılar
... iş stajı da
«Dövlət onların bütün təminatını ödəsə də, üzlərindən kədər əskilmir»
Bu geyimdən yaranan problemlər sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır
Almaniya Neyrodegenerativ Xəstəliklər Mərkəzi (DZNE) və Münhen Ludviq-Maksimiliyans Universiteti (LMU) araşdırmalarına görə, Altsheymer xəstəliyinin ilk xəbərdarlıq əlaməti yaddaş problemləri başlamadan illər öncə qoxu itkisidir.
Araşdırmada, xəstəliyin erkən mərhələlərində bağırsaq sisteminin qoxu alma funksiyasından məsul sinir hüceyrələrini məhv etdiyi aşkar edilib. Beyindəki müdafiə hüceyrələri olan mikroqlialar, qoxu soğancığı ilə beyin sapında yerləşən “Locus Coeruleus” bölgəsi arasındakı bağlantılara hücum edir. Bu bölgə qan dövranı, yuxu-oyanıqlıq dövrü və hissiyat proseslər kimi həyati funksiyaları tənzimləyir.
DZNE-dən Lars Piqer (Lars Peyger) izah edir ki, Altsheymer səbəbindən bəzi sinir hüceyrələri anormal aktivləşir. Hüceyrə zarı molekulu fosfatidilserin xaricə çıxaraq mikroqlialar üçün “məni məhv et” siqnalı yaradır. Mikroqlialar isə bu siqnalı səhv anlayaraq sağlam sinir hüceyrələrini məhv edir.
Doktor Yoxen herms (Jochen Herms) bildirir ki, Altsheymer xəstələrində iybilmə pozğunluqları uzun müddətdir müşahidə olunur, lakin səbəbi məlum deyildi. Yeni kəşf, bu prosesin immun sistemindən qaynaqlandığını və xəstəliyin ən erkən mərhələsində başladığını göstərir.
Araşdırmaya görə, Altsheymer xəstələrinin təxminən 85%-ində yaddaş problemləri başlamadan öncə qoxu itməsi baş verir. Həm heyvan modellərində, həm də Altsheymerdən vəfat etmiş xəstələrin beyin toxumalarında aparılan testlər və canlı subyektlərlə görüntüləmə nəticələri bu nəticələri təsdiqləyir.
Herms bildirir ki, bu kəşf Altsheymerin erkən mərhələdə tanınmasına və hansı xəstələrin daha sürətli irəliləyəcəyinin müəyyən edilməsinə kömək edə bilər. Bu sayədə bu problemlər ortaya çıxmadan erkən müdaxilə edilə bilər və mövcud dərmanların effektivliyi artırıla bilər.