vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 1 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SAĞLAMLIQ  
Yaşlanma iki yaş aralığında sürətlənir 18:11 | 28 fevral 2025 | Cümə Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşlanma iki yaş aralığında sürətlənir

Biz zaman keçdikcə tədricən dəyişmirik, hər şey qəfil baş verir

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Stanford Universitetində aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində qəfil çoxalmaların olduğunu müəyyən edib. Elm adamları iki yaş fərqinə diqqət çəkərək bu dövrdə qocalmanın sürətləndiyini ortaya çıxarıblar.

Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. Aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində, o cümlədən dayaq-hərəkət sistemi problemləri və ürək-damar xəstəliklərində ani artımların olduğunu müəyyən edib.

Tədqiq olunan molekul və mikroorqanizmlərdəki dəyişikliklərin mərhələli və ya xronoloji şəkildə baş vermədiyi müşahidə edilib. Məlum olub ki, əsas dəyişikliklər 40-cı illərin ortaları və 60-cı illərin əvvəllərində baş verir.

“Biz zaman keçdikcə tədricən dəyişmirik, həqiqətən də dramatik dəyişikliklərimiz var. 40-cı illərin ortaları və 60-cı illərin əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Və hansı sinif molekullara baxmağınızdan asılı olmayaraq, bu dəyişmir”, – Stenford Universitetinin genetiki Maykl Snayder deyib.

Metabolomika üzrə mütəxəssis və tədqiqatın aparıcı müəllifi Xiaotao Şen, “Bu, menopozun qadınlara təsir göstərə bilsə də, hər iki cins üçün üçün daha böyük amillərin rol oynadığını göstərir. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatlar üçün prioritet olmalıdır”.

Tədqiqatçılar qocalma prosesində ən kəskin dəyişikliklərin orta hesabla 44-60 yaş arasında baş verdiyini və idmanın artırılması kimi tədbirlərin sağlamlığın qorunmasına kömək edə biləcəyini qeyd ediblər.