İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:59 | 27 avqust 2025 | Çərşənbə
Məqaləyə 287 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İndi İran Ali Rəhbərinin müşaviri titulunu daşıyan Əli Əkbər Vilayəti yenə danışdı. Əslində, bu artıq təəccüb doğurmur. Onun siyasətdəki əsas missiyası danışmaqdır: konkret qərar qəbul etmək, məsuliyyət daşımaq, güc göstərmək yox – sadəcə danışmaq. Mikrofon görəndə isə dərhal “boşboğazlıq marafonu”na çıxır.
Bu dəfə də mövzu – Zəngəzur dəhlizi. Vilayəti qəhrəmanlıq havasına girərək deyir ki, İran “heç bir halda imkan verməyəcək”. İnsanın ağlına isə sadə bir sual gəlir: necə imkan verməyəcək?
Bəlkə Herodotun ruhunu yardıma çağıracaq, ya da "Böyük Kir" (Cyrus the Great)in istehkamlarını yenidən ucaldacaq? Yoxsa tarixi miras şüarlarını müasir silah kimi işə salacaq?
Halbuki reallıq tam fərqlidir.
Azərbaycan və Türkiyə dəhliz məsələsində qətiyyətlidir.
Ermənistan ABŞ vasitəçiliyi ilə artıq “okey” deyib.
ABŞ və Qərb isə “Tramp dəhlizi” konsepsiyasını açıq şəkildə dəstəkləyir.
Belə şəraitdə Vilayətinin “biz qoymarıq” ritorikası dil pəhləvanlığının ən bariz nümunəsidir…
Əslində, bu “dil pəhləvanlığı” daha çox daxili auditoriyaya ünvanlanıb. Çünki ölkə daxilində vəziyyət ağırdır: iqtisadiyyat çöküb, xalq kasıb, gənclər üsyan həddindədir. Amma Vilayəti çıxıb deyir ki, “narahat olmayın, biz Qafqazın tarixi mirasını qoruyuruq”. Elə bil camaat çörək almaq yerinə Herodot oxuyacaq!
İranın siyasi elitasında da parçalanma dərinləşib
Pragmatiklər – Pezeşkian tərəfdarları deyirlər: “Qırmızı xətlər pozulmasa, dəhliz açılsın, əməkdaşlıqdan fayda götürək”.
Radikallar, Vilayəti kimi “tarixə qapıçılıq edənlər” isə deyirlər: “ABŞ dəstəkləyibsə, qəti olmaz”.
Nəticə isə dəyişmir və dəhliz açılacaq. Vilayətinin sözləri isə yalnız “İranın səsini yüksəltmək üçün boşboğazlıq məşqi” kimi qalacaq.
Açığını desək, Vilayəti indi siyasətçi yox, tarix kitabı ilə silahlanmış teatr aktyoru təsiri bağışlayır. O, hər çıxışında “müqəddəs miras”, “Qafqaz müdafiə xətti” kimi pafoslu ifadələr səsləndirir.
Beləcə, “dil pəhləvanının yeni macərası” da eyni ssenari ilə bitir: çox söz, az təsir. Həqiqətdə isə nə Qafqaz dəyişir, nə də dəhlizin taleyi. Sadəcə, Vilayəti yenə səhnəyə çıxır, tamaşa oynanılır və pərdə enir. Amma artıq oyununu yaxşı oynaya bilmir, onu təbirincə desək tarixə miras olmaq vaxtı çatıb…