
Yaratmaq özündən verməklə mümkündür
Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır
Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır
Almaniyanın məşhur “Oettinger” zavodunu bağlayır
Axşam saat 8-dən və 10-dan sonra satışı qadağan edildi
Alkoqolsuz kimi satılan içkidə spirt tapıldığı üçün geri qaytarıldı
6 atmosfer təzyiq nəticəsində 80 km surətə çatan tıxacı saxlayan icad
Almaniyada ənənəvi pivə hələ də üstünlük təşkil edir
Belçikada pivə istehlakı artan xərclər və sağlamlıq problemləri səbəbindən azalır
Səudiyyə Ərəbistanı alkoqol qadağasını ləğv etdi
Bir zamanların uğur hekayəsi “Ebrosia” iflas elan etmək məcburiyyətində qaldı
Ölkənin özündə də alkoqollu içkiyə tələb azalıb
Turizm şirkətləri “Naigin K Tovuz Baltiya” MMC-yə infotur edib
Ölkədə spirtsiz pivəyə maraq iki dəfədən çox artıb
Almaniya vətəndaşının illik istehlakı Portuqaliyaya görə üç, Fransaya görə iki dəfə azdır
İstehsalla bərabər istehlak da azalıb
Bilirsiniz niyə şərab şüşələri 750 ml-dir?
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
Səudiyyə Ərəbistanı rəsmisi ölkənin 1952-ci ildən bəri qüvvədə olan alkoqol qadağasını ləğv edəcəyi ilə bağlı iddia və xəbərləri təkzib edib. Ər-Riyad 73 ildir qüvvədə olan qanunun yumşaldılacağı və spirtli içkilərə icazə veriləcəyi ilə bağlı mətbuatda yer alan xəbərlərin ardından mövzu ilə bağlı açıqlama verilib.
“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, adı açıqlanmayan Səudiyyə Ərəbistanı rəsmisi ölkənin spirtli içkilərə qadağasını aradan qaldıracağı ilə bağlı xəbərləri təkzib edib.
Mənbəsiz xəbərlərdə 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Səudiyyə Ərəbistanının nəzarətli spirtli içki satışına icazə verəcəyi iddia edilib.
***
Xəbərlər Səudiyyə Ərəbistanı hökumətinin 1952-ci ildən bəri qüvvədə olan spirt qadağasını 2026-cı ilə qədər 600 turizm bölgəsində ləğv edəcəyini irəli sürüb. İddialara görə, spirtli içkilər yalnız turizm mərkəzli məkanlarla məhdudlaşdırılacaq, seçilmiş beşulduzlu hotellərdə, tətil kəndlərində və lisenziyalı obyektlərdə spirt satışı və istehlakına icazə veriləcək.
İddia edilən plan reallaşarsa, ictimai yerlər, şəxsi yaşayış yerləri və pərakəndə satış məntəqələri mövcud qadağalara məruz qalacaq. Yeni qaydaya əsasən, yalnız şərab və pivə istehlakına icazə veriləcək, sərt spirt isə “qadağan olunmuş” statusunda qalacağı deyilirdi.
***
Səudiyyə Ərəbistanında spirt qadağası 1951-ci ildə Kral Əbdüləzizin oğlu Şahzadə Mişari bin Əbdüləziz Əl-Səudun Ciddə şəhərində ziyafətdə sərxoş halda İngiltərə baş konsulunun müavini Siril Ousmanı güllələyərək öldürməsindən sonra gündəmə gəlib.
Reaksiyalardan sonra Kral Əbdüləziz 1952-ci ildə spirti tamamilə qadağan etmək qərarına gəlib.