Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
15:55 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 647 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Almaniyanın məşhur “Oettinger” zavodunu bağlayır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Axşam saat 8-dən və 10-dan sonra satışı qadağan edildi
Səhər qəhvəsi əhvalımızı yaxşılaşdırır
108 yaşındakı qadın uzun ömrünü gündəlik içkisinə bağlayır
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Almaniyada alkoqolsuz adı ilə satışa çıxarılan “Schöfferhofer” brendinə məxsus içki məhsulunda spirt müəyyən olunub. Söhbət “Schöfferhofer Weizen-Mix Grapefruit Alkoholfrei” adlı məhsuldan gedir. Müvafiq etiketləmə xətası səbəbilə, bəzi altılı qutulara alkoqollu şüşələr yerləşdirildiyi bildirilib.
“Vaxt.az” xəbər verir ki, şirkətin rəsmi açıqlamasında qeyd olunur ki, şüşələrin öz üzərində həm ön, həm də arxa etiketlərində alkoqollu məhsul kimi qeyd olsa da, altılı qutuların üzərindəki yanlış etiketləmə səbəbindən bu hal istehlakçılar tərəfindən dərhal fərq edilməyə bilər və nəticədə arzuolunmaz alkoqol qəbulu baş verə bilər.
Qida Təhlükəsizliyi üzrə Federal İdarənin (BVL) məlumatına görə, məhsulların son istifadə tarixi 26 iyul 2025-dir. Geri çağırılan məhsullar Baden-Vürtemberq, Bavariya, Hessen, Şimali Reyn-Vestfaliya və Meklenburq-Ön Pomeraniya əyalətlərində satışa çıxarılıb.
Həmin məhsullar “Rewe” və “Edeka” kimi tanınmış satış şəbəkələrində 21 iyul tarixindən etibarən mövcud olub, lakin geri çağırılma qərarından sonra raflardan yığışdırılıb.
Şirkət istehlakçılara müraciət edərək, şüşə üzərində “Alkoholfrei” (alkoqolsuz) yazısının olub-olmadığını yoxlamağı tövsiyə edib. Əgər üzərində “Alk. 2,5% vol.” yazılıbsa, bu halda həmin içkidə alkoqol var və onu alkoqoldan uzaq duran şəxslər içməməlidirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, istəmədən alkoqol qəbul etmək bəzi qruplar üçün ciddi risklər yarada bilər. Bu xüsusilə hamilə qadınlara və müəyyən dərman müalicəsi alan şəxslərə aiddir. Eyni zamanda dini və ya şəxsi səbəblərlə alkoqol qəbul etməyən insanlar üçün bu vəziyyət həssaslıq doğurur.
İstehlakçılar məhsulları geri qaytarmaq və ya dəyişdirmək üçün “Schöfferhofer”in müştəri xidmətlərinə müraciət edə bilərlər.