vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
Alkoqolsuz pivəyə maraq artır 18:21 | 29 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 575 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alkoqolsuz pivəyə maraq artır

Almaniyada ənənəvi pivə hələ də üstünlük təşkil edir

Samir CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada alkoqolsuz pivə istehsalı artmaqda davam edir. Lakin hələ də ənənəvi, alkoqollu pivə ilə müqayisədə böyük fərq qalmaqdadır.

Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə ölkə daxilində ümumilikdə 579 milyon litr alkoqolsuz pivə istehsal olunub. Bu göstərici, 2023-cü ildə istehsal olunan 556 milyon litrlə müqayisədə 20 milyon litrdən çox artım deməkdir.

Son onillikdə isə alkoqolsuz pivə istehsalının demək olar ki, ikiqat artdığı görünür. 2014-cü ildə Almaniyada bir ildə cəmi 295 milyon litr bu növ içki istehsal olunmuşdu.

Bütün dünyada adam başına düşən pivə istehlakı baxımından öndə olan ölkələrdən biri olan Almaniyada alkoqolsuz pivəyə maraq artsa da, alkoqollu pivənin istehsalı və istehlakı xeyli çoxdur. Statistika İdarəsinin məlumatına əsasən, 2024-cü ildə Alman pivə zavodları ümumilikdə 7,2 milyard litr alkoqollu pivə istehsal edib.

Buna baxmayaraq, iki növ arasında olan fərq son illərdə azalmaqdadır. Rəqəmlər göstərir ki, alkoqollu pivə istehsalı son on ildə 14 faiz azalıb. 2014-cü ildə hər bir litr alkoqolsuz pivəyə qarşılıq 28 litr alkoqollu pivə istehsal olunurdusa, 2024-cü ildə bu nisbət 12 litrə düşüb.

 

Qarışıq içkilərə də maraq artır

 

Pivə ilə limonadın qarışığından ibarət, az alkoqollu “Radler” adlı içkilərə də maraq artıb. Belə ki, 2014-cü ildə Almaniyada bu içkidən 333 milyon litr, 2024-cü ildə isə 364 milyon litr istehsal edilib.

Hazırda Almaniyada təxminən 1500 pivə zavodu fəaliyyət göstərir. Bu zavodların təxminən 70 faizi Bavyera, Baden-Vürtemberq və Şimali Reyn-Vestfaliya əyalətlərində yerləşir.

Almaniya Pivə İstehsalçıları Birliyinin məlumatına görə, ölkədə hər bir şəxs illik ortalama 89,4 litr pivə istehlak edir.