Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
19:56 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 202 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında 142 milyard dollar dəyərində tarixin ən böyük müdafiə sazişi imzalanıb. Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Tramp bu ölkəyə 600 milyard dollar sərmayə yatıracağına dair öhdəlik götürüb. Səudiyyə Ərəbistanının 600 milyard dollarlıq investisiya öhdəliyindən sonra bu məbləği 1 trilyon dollara çatdırmağı planlaşdırdığı iddia edilib.
Ağ Evdən verilən açıqlamada, bu çərçivədə edilən ilk razılaşmaların ABŞ-ın enerji təhlükəsizliyini, müdafiə sənayesini, texnologiya liderliyini, qlobal infrastrukturunu və kritik minerallara çıxışını gücləndirəcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, sazişlər hər iki ölkə üçün tarixi və transformativ olub və ABŞ və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın yeni qızıl dövrünü təmsil edir.
ABŞ və Səudiyyə Ərəbistanının tarixin ən böyük silah satışı müqaviləsini imzaladığı bildirilən açıqlamada, razılaşmanın dəyərinin təxminən 142 milyard dollar olduğu və Səudiyyə Ərəbistanının ABŞ-ın müdafiə şirkətlərindən ən müasir döyüş texnikası və xidmətləri ilə əldə edəcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, tamamlanması planlaşdırılan satışlar beş kateqoriyaya – Hərbi Hava Qüvvələri və kosmik imkanların inkişafı, hava və raket əleyhinə müdafiə, dəniz və sahil təhlükəsizliyi, sərhəd təhlükəsizliyi və quru qoşunlarının modernləşdirilməsi, informasiya və kommunikasiya sistemlərinin yenilənməsinə bölünür.
Bəyanatda deyilir ki, sazişə həmçinin Səudiyyə silahlı qüvvələrinin potensialının artırılması üçün geniş təlim və dəstək daxildir. “Bu müqavilə Amerika sistemləri və təlimlərinə əsaslanan Səudiyyə Ərəbistanının müdafiə və regional təhlükəsizliyinə əhəmiyyətli bir sərmayəni təmsil edir”.
***
Səudiyyə Ərəbistanının rəsmi xəbər kanalı Əl-İxbariyyənin məlumatına görə, Yaxın Şərq turu çərçivəsində ölkəyə səfər edən Tramp paytaxt Ər-Riyaddakı Yamama sarayında Bin Salmanla görüşüb.
Heyətlərarası və ikitərəfli görüşdən sonra Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salman arasında bir sıra razılaşmalar çərçivəsində Strateji İqtisadi Tərəfdaşlıq Sənədi imzalanıb.
Tramp və Bin Salmanın imzaladığı sazişlər və anlaşma memorandumları ədliyyə, səhiyyə, kosmos, gömrük və hava nəqliyyatı kimi sahələri əhatə edir.
Müqavilələrə Səudiyyə Ərəbistanı ordusunun inkişafı və modernləşdirilməsi ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanının müdafiə nazirlikləri arasında imzalanmış anlaşma memorandumu, həmçinin enerji və müdafiə sektorlarında bir sıra sazişlər daxildir.