
Kaş doğulmazdım
Allah olmaq istəyinə düşmək günahına salma məni
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
... Yaxud “Namaz hansı dildə qılınmalıdır?” polemikasına bir baxış
İcazəsiz gələnlərin ölkəyə girişi 10 il müddətinə qadağan ediləcək
Səudiyyə Ərəbistanından “Həcc açıqlaması!”
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi icazəsiz həcc ziyarətinə qarşı aparılan nəzarət çərçivəsində 76 minə yaxın insanın qaydaları pozduğuna görə geri göndərildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinə bağlı İctimai Təhlükəsizlik Müdiri general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Giriş icazəsi olan, lakin həcc sənədi olmayan təxminən 270 min nəfərin Məkkəyə buraxılmadığını bildirən Bassami, həcc qaydalarını pozduğu üçün 75 min 943 nəfərin geri göndərildiyini qeyd edib.
Bassami həmçinin 252 saxta həcc təşkilatı, 1239 qeyri-qanuni daşıyıcı və 109 mindən çox icazəsiz nəqliyyat vasitəsi aşkar etdiklərini bildirib.
***
Səlahiyyətlilər builki həcc mövsümündə təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərinin istifadəyə verildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı, general-leytenant Məhəmməd əl-Umri bu il müqəddəs yerlərə icazəsiz girişin qarşısını almaq və izdihamın təhlükəsiz idarə olunmasını təmin etmək üçün sahədə ətraflı planların həyata keçirildiyini bildirib.
Mülki Müdafiə Direktoru general-mayor Hamud əl-Ferc bu il ilk dəfə olaraq yanğınsöndürmə və xilasetmə missiyaları üçün “Səkr (Həcc)” adlı xüsusi pilotsuz təyyarələrdən istifadə ediləcəyini açıqlayıb.
***
Pasport İdarəsinin baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci il həcc mövsümü ərəfəsində xaricdən gələn həcc namizədlərinin sayının 1 milyon 475 mini keçdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində İordan çayının qərb sahilindən gələn ilk 500 nəfərlik zəvvar qrupunu, o cümlədən fələstinli şəhidlərin yaxınları, məhbuslar və yaralıları qarşılayıb. Proqram çərçivəsində ümumilikdə 1000 fələstinli zəvvar qəbul ediləcək.