
300 min ziyan vuran qrup ələ keçib
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Müşahidə edirəm ki, İrana hücumla paralel olaraq, bizdə dinə, dindarlığa “hücum”a keçən, Allaha inanmağı qeyri-sağlam düşüncə adlandıran, Quran ifadələrinə, dini adlara rişxəndə edən milli dönüklər yaman aktivləşiblər.
Konyunkturaçı bu fürsətbazlar unudurlar ki, islam Azərbaycan üçün doğma dəyərdir, Azərbaycan xalqının, tarixinin, keçmişinin, mədəniyyətinin ayrılmaz parçasıdır. Dindar olmaq, Allaha inanmaq, Quran oxumaq, məscidə getmək, müəyyən titulları daşımaq (hacı, məşədi, kərbəlayi, seyid, əfəndi...) tarixən bu xalqın başlıca “göstərici”si olmuşdur, indi də belədir, gələcəkdə də elə qalacaqdır.
Allahsızlıq, Qurana kəm baxmaq, Peyğəmbər adı gələndə ağız büzmək, islamı danmaq bu xalqın nə keçmişində olub, nə də indisində var; bütün bunlar bu xalqa yad qalan, özünü xalqın keçmişi və mədəniyyətindən, kimliyindən kənar tutan dönüklərə xasdır.
Əgər erməni işğalından azad edilən Qarabağın hər guşəsində məscidlər tikilirsə, bərpa olunursa, – bu, islamın bizdən olmağının göstəricisidir;
Əgər bu xalqın oğulları “Allah”, “Quran”, “Əli” sədaları ilə Qarabağı azad etmişdlərsə, minarələrdən, yüksəkliklərdən azan səsləndirmişdilərsə, – bu, bizdə xalqın islamla iç-içə olmağına dəlalət edir;
Əgər oğullarımız şəhidlik məramı ilə döyüşlərə atılıb bu ali adi qazanmaq uğrunda qanlarını axıdıb canlarını fəda etmişdilərsə, “Ölərəmsə – şəhid, qalaramsa, gazi olaram!” şüarını özlərinə amal bilmişdilərsə, - bu bizim müsəlman olmağımızdan xəbər verir.
Müsəlman olmaq, Quranı baş tacı etmək, Peyğəmbərə iman gətirib ailəsinin ehtiramını uca tutmaq Azərbaycan xalqının kimliyinin göstəricisidir! Bunu lağa qoyub ələ salanlar, hər şeydən əvvəl, öz xalqına, keçmişinə, mədəniyyətinə hörmət etməyən, özünü bu xalqın üstündə görən dönüklərdir!
P.S. Belə dönüklərin şəxsiyyətini, davranışlarını bir qədər təhlil etdikdə ortada qalan, kiməsə yarınmaq istəyən zavallılardan başqa kmsə olmadıqlarını görürsən! Əgər bu günlərdə göstərdikləri dağıdıcı və ölkə əhalisinin inanclı hissəsində narahatlıq yaradan təfriqəçi performanslarına görə onlara aidiyyəti orqanlardan xəbərdarlıq gəlsə, necə də iyrənc riyarakarlıqla mövqe dəyişdiklərinin şahidi olacaqsınız!