Ağrı dağı təsviri silindi
Ermənistandan vacib Türkiyə həmləsi
15:41 | 23 mart 2025 | Bazar
Məqaləyə 641 dəfə baxılıb
Şriftin ölçüsü
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
Son günlərdə Türkiyədə baş verənlər, əlbəttə ki, bizi qayğılandırır, narahat edir. Narahat etməlidir də! Çünki Türkiyə bizə yaxın və doğma ölkədir; qardaşlığını 1918 və 2020-ci illərdə sahədə isbatlamış, dar günlərdə yanımızda dayanmışdır.
Ərdoğan hakimiyyəti bizə Qafqazda mövqeyimizi gücləndirməkdə, Qarabağı qaytarmaqda böyük kömək olmuşdur. Elə buna görə öz ölkəsinin maraqlarından çıxış edən bir azərbaycanlı kimi, mövcud Türkiyə iqtidarına minnətdarlıq etməyi özümə borc bilirəm.
Türkiyədə baş verənlərə, daha konkret desək, Ərdoğan iqtidarına bizdə müxtəlif mövqelərdə dayanıb münasibət bəsləyənlər var. Məsələn, bir qrup şəxs İranın regiondakı siyasi, ideoloji və militarist ekspansiyasına mane olduğu üçün Ərdoğanı “Şərdoğan” adlandırır, son günlərdə Türkiyədə baş verən nümayişlərə dəstək verirlər (Sevib bağlandıqları ölkənin qoşunlarının Cəbrayıl əməliyyatı ərəfəsində əngəlləyici manevrlərini də unutmadıq). Müsəlman kimliyini gizlətmədiyi (Türkiyədə bunu etmək Vatikanda katolikliyi izhar etmək kimi bir şeydir; Türkiyə respublikası islamın təəssübünü çəkən nəhəng imperiyanın mədəni-siyasi və ideoloji özülündə qurulmuşdur) üçün Ərdoğanı hədəf alan radikal dünyəvi-ateist nötqeyi-nəzərə də rast gəlirik. Avropa ağzı ilə danışan, amma avropalı müştəbehlərin nəzərində sadəcə “gəlincik” rolunu oynayan bəzi liberal-demokratların səs-küyü də eşidilir bu günlərdə...
Mən Türkiyəyə, Ərdoğan iqtidarına haradan baxmalıyam? Məhz sualın bu cür qoyuluşu bizi doğru cavaba aparıb çıxara bilər. Türkiyə iqtidarına İranın, Rusiyanın, özü kimi ideyaları da qocalmış, urvatdan düşmüş Birləşmiş Avropanın gözü iləmi baxmalıyıq? Belə olarsa, Türkiyə-İran, Türkiyə-Rusiya, Türkiyə-Avropa dilemmasında Türkiyə iqtidarının xeyrinə olmayan seçimə gedir, qulbeçə ədası ilə tərəf tutmuş olarıq. Azərbaycanda oturub başqa dövlətlərin maraqlarını əsas götürməklə Türkiyə hakimiyyətinə münasibət bəsləmək kifayət qədər narahatedici vəziyyətdən xəbər verir. Qoy iranlı İranın, rus Rusiyanın, avropalı Avropanın dərdini çəksin! Biz bu gün ölkəmizin maraqlarını əsas tutmaqla məhz Azərbaycandan, daha sərrast ifadə ilə desək, Qarabağ və Şuşadan baxmağı bacarmalıyıq Türkiyə iqtidarına! Bir azərbaycanlı Azərbaycanın maraqları fonunda baxmalıdır Türkiyədəki hadisələrə...
Əgər bu hakimiyyət Qarabağ müharibəsində hər şeyi ilə yanımda dayanıb, Zəfər paradında mənə aşkar dəstək vermişdirsə, mənə də bu ölkənin rəhbərliyinə təşəkkür etmək, belə hərc-mərclik dövründə onun qarşısında deyil, arxasında dayanmaq düşər. Ər olana da yaraşan elə budur!
P.S. Bu gün hansısa dövlətlərin maraqlarını bilərəkdən, yaxud bilməyərəkdən müdafiə edənlərin Ərdoğan qarşısında dəstək verdikləri partiya və partiyanın funksionerlərinin Qarabağ döyüşlərində bizə ağız büzmələrini xatırlamayanlar, yəqin ki, az olar.
P.S.S. Heç bir halda, mərkəzi hakimiyyətin zəifləməsinə imkan vermək olmaz! Xalq kütlərinin kortəbii təlatümləri, demokratiya nağılı, söz və toplanma azadlığı adı altında dövlətin qüdrətinə zərbə vurmaq cəhdləri yolverilməzdir!