
Tanrıyla ünsiyyətin dili muğamdır
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Ona görə Alim Qasımov üzü göyə oxuyur
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir
Eşq və ilahi yolçuluq simvolu
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
Empatiya ölmüş hisslərin yenidən canlandırmağın yoludur
Almaniya islamlaşma ilə üz-üzədir
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Ümumiyyətlə tarix, xüsusən İslam tarixində baş vermiş hadisələri tək bir aspektdən izah etmək elmi yanaşma deyildir. Belə reduksionist yanaşma ancaq rəsmi, yaxud ideoloji tarix anlayışında müşahidə olunur. Odur ki İslam tarixinə:
a. dini;
b. sosial-mədəni;
c. siyasi-ideoloji amillərin rol oynadığı tarix kimi baxmaq lazımdır.
Müsəlman tarixşünaslığı, hər şeydən əvvəl, ideolojidir, sektant məzmundadır, reduksionist yanaşmanın məhsuludur.
Elmi-akademik yanaşmanın meydana çıxdığı Yeni Dövrdən sonra Müsəlman dünyasında tarixə münasibətin reduksionist-sektant müstəvidən kompleks-akademik müstəviyə daşınması, çox təəssüf ki, böyük ölçüdə baş vermədi. Hələ də bu gün tarixə sülalə salnaməçisi, məzhəb mirzəsi, keçmişin apologetiki gözü ilə baxıb siyasəti, ideologiyanı, praqmatizmi doğmalaşdıran şəxslər mövcuddur. Əlbəttə ki, kütlə, ideoloqlar, siyasətçilər, funksionerlər tarixə ideoloji yanaşacaqlar, – bu, haradasa, başadüşüləndir və gerçəkdir. Amma özünə ziyalı deyən, araşdırma işində akademik-elmi metodları əsas götürən kimsələr üçün bu hal yolverilməzdir.
İdeoloji-reduksionist yanaşmanın doğurduğu çatışmazlığı, əlbəttə ki, fenomenoloji metodla aradan qaldırmaq mümkündür. Çünki bu metod tədqiqatçıdan tələb edir ki, hadisələri (fenomenləri) əvvəlcədən müəyyən edilmiş zehni qəliblərə (stereotiplərə) təhkim etməsin; qoy hadisələr özləri haqqında özləri danışsınlar. Bəli, əsl ziyalı, tarixçi, şərqşünas bu metodun zəruri etdiyi “ayaqsaxlama” (epoxe) prinsipinə əməl etməlidir. Bu prinsip tələb edir ki, hər hansı tarixi fenomen (hadisə...) öz məzmunu daxilində izah olunsun, əvvəlcədən müəyyən edilmiş zehni qəliblər (stereotiplər) və təsəvvürlərdən imtina edilsin, sonradan formalaşdırılmış ideologiya, yaxud ideoloji klişelər kənara atılsın. Bir sözlə, tarixə o tarixlə əlaqəli olmayan anlayışlar prizmasından qiymət vermək tədqiqatçılara xas yanaşma olmazdı.
Unutmayaq, biz qəlbimizin duyğu və inanc labirintlərində özünə yer etmiş şəxsiyyətlərin qoyub getdiyi ideya və ənənələrin, həm də səbəb olduğu tarixi hadisələrin istənilən təftişinə son dərəcə həssaslıqla yanaşan cəmiyyətlərdə yaşayırıq. Bizdə tarixən tarixi şəxsiyyətlər, sülalələr, tarix və tarixi hadisələr doğmalaşmış, istənilən tənqidə qapalı olmuşdur. Əgər tənqid bizdə söyüş və həcv hesab edilirsə, tarix və tarixi proseslər sektant təfəkkürün diktəsi ilə tabu məzmunu kəsb etmişdisə, onda bütün bunlar bizə başa salır ki, nə üçün hər şeyi bəzən açıq demək olmur, yaxud açıq deyilən sözə nə üçün bu qədər sərt reaksiya verilir...
Qoca Şərqin qeyri-dini sahələrdə dünyəviləşməsinə böyük ehtiyac vardır... Onda keçmişə görə günümüzü müəyyən etməyəcək, gələcəyə köklənəcək, səmimiyyətlə bir-birimizə güvənə biləcəyik.