
ETN süni intellekt kursunu dəyişmir
Nazirlik epizodik layihə yox ciddi strategiya reallaşdırmaq istəyir
Nazirlik epizodik layihə yox ciddi strategiya reallaşdırmaq istəyir
Türkiyə girişi bağladı, AB nəzarət çağırışı etdi
“OpenAI” daxili casusluqdan qorunmaq üçün tədbirləri gücləndirir
... Yüksək səviyyəli şəxslərlə əlaqə saxladı, yenə “Siqnal” skandalı
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
O, həkimlərdən daha yaxşı diaqnoz qoyur
Süni intellekt modellərinə nə baş verir?
Zakerberqin gizli süni intellekt siyahısı açıqlandı
Alman məktəblərində Süni intellekt narahatlığı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Biz hələ ...
“ScamChatBot” dələduzların məlumatlarını götürür və hesablarını dondurur
“Qapını döyən insandır, yoxsa robot?” dövrü başlayır
Süni intellekt hallüsinasiya görür
Azərbaycanın ilk Süni İntellekt Akademiyası dərslərə başlayır
Bir vaxtlar iş dünyasının qızıl qaydası belə idi ki, yeni işçini götürüb ona kiçik-kiçik işlər verərsən, o da beləcə peşəsini öyrənər. Bu sadə düstur nəsillər boyu işləyirdi. İndi isə süni intellekt bu ənənəvi sistemi təməlindən sarsıdır.
Kodun arıtlanmasından (debugging) sənəd hazırlamağa qədər əksər əsas tapşırıqlar artıq böyük dil modellərinin əlindədir. Bu kiçik işlər əvvəllər yeni başlayanlar üçün təlim meydançası idi. Onlar vasitəsilə gənclər ixtisasın incəliklərini öyrənir, təcrübə toplayırdılar. İndi bu karyera pillələri yox olur. Gənc mütəxəssislər “təməldən başlamaq” mərhələsini atlayaraq dərhal mürəkkəb tapşırıqlarla üzləşirlər.
“Indeed” platformasının tədqiqatına görə, bütün iş yerlərinin üçdə ikisində tələb olunan bacarıqların yarısından çoxu generativ Süni intellekt tərəfindən yerinə yetirilə bilər. Bu, yeni başlayanlar üçün imkanların daralması deməkdir. Məzunlar üçün iş axtarmaq getdikcə çətinləşsə də, şirkətlər hələ də gənc kadrlara ehtiyac duyur. Buna baxmayaraq tələblər tamamilə dəyişib:
1. Süni intellektlə işləmə bacarığı;
2. Öz-özünə öyrənmə qabiliyyəti;
3. Mürəkkəb məsələləri həll etmə bacarığı.
“HR” mütəxəssislərinin yeni strategiyası: ən ağıllı deyil, ən yaxşı menecerlik bacarıqlarına sahib olanları axtarmağa çevrilir, çünki “hard skills” artıq süni intellektin himayəsinə keçir.
Yeni karyeraya başlamağı planlaşdıran gənc nəsil böyük dil modellərini öz mentoru təyin etməyə məcbur qalıb. Onlardan virtual tapşırıqlar istəmək, həll etmək, geri qaytarıb qiymətləndirmə almaq olar.
Güman etmək olar ki, yeni dünya nizamını nəzərə alan BƏƏ də ilk ölkə olaraq bütün ölkə əhalisi üçün (13 milyon) “ChatGPT”nin Plus tarif planını tamamilə pulsuz təmin edəcək. Təbii ki, bu həmişəlik belə olacaq, yoxsa müvəqqəti xarakter daşıyır demək çətindir, lakin hər bir halda BƏƏ vətəndaşları üçün BDM-ni anlamaq, onlarla sıx ünsiyyət qurmaq, işlərinə inteqrasiya etmək üçün böyük fürsətdir.