
Ateizmə dair bir neçə qeyd ...
... Yaxud Tanrı yoxdursa, nə var?
... Yaxud Tanrı yoxdursa, nə var?
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Filosof dindən, mənəviyyatdan danışa bilərmi, yaxud fəlsəfəni gettolaşdırmaq istəyənlər haqqında
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Gavurlarda vəziyyət bəllidir, bəs bizdə?
Russonun bəhs etdiyi cəmiyyətin bildiyi və arzuladığı əsas dəyərlərə bağlı olmalıdır
Kim kiminlə rəqabət aparır?
DİN-in açıqladığı statistika acınacaqlıdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
Ateizmin özü ilə gətirdiyi böyük problemlərdən biri əxlaqa münasibət problemidir. Ateistlərin əhəmiyyətli hissəsi əxlaqın nisbiliyini, subyektivliyini müdafiə edir. Əlbəttə ki, ateistlər arasında əxlaqın mənasız olduğunu deyənlər olduğu kimi, onu əhəmiyyətini başa düşənlər də vardır. Məsələn, ingilis pozitivist filosofu Alfred Ayerə görə, əxlaq mənasız bir şeydir. Amma Riçard Dokinz bütünlükdə darvinistcəsinə olan bir cəmiyyətdə yaşamaq istəmədiyini bildirməklə xristian əxlaqının əhəmiyyətini təsdiqləyir. Yaxud başqa bir ateist – amerikalı fizik Lourens Krauss insesti müdafiə edir. Yaxşı fizikdir, amma insesti müdafiə edəcək qədər tərbiyəsiz, mənəviyyatsız adamdır!
Ateizm öz diskursunu əsaslandırmaq üçün təkamül nəzəriyyəsinə istinad edir. Təkamülə görə, insan həyatda qalmaq üçün mövcuddur, yaşamaq üçün mübarizə aparmaq lazımdır. Əxlaqlı, vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdır.
Müşahidə göstərir ki, əxlaqi dəyərlərin kökündə Tanrı varsa, mənəvi-əxlaqi duyğular bu qədər həssas və möhkəm ola bilər. Problem budur ki, Tanrını inkar etməklə ateizm normativ, konseptual və prinsipial əxlaq təlimini – obyektiv əxlaqı inkar edib. Məsələ o zaman mürəkkəb hal alır ki, biz vahid Tanrını qəbul etmədiyimizdə əxlaqda müəyyənedici meyar kimi insanın mühakimə və təxəyyülü çıxış edir. Belə olduqda mütləq pis, yaxud yaxşı olmur. Məcbur qalıb pis və yaxşını subyektin özünə görə müəyyən edəcəyik. Tanrı yoxdursa, obyektiv əxlaq normaları da yoxdur.
Misallar:
a. Nikahdankənar cinsi münasibətin yaxşı, yaxud pis olduğunu insanların öz seçiminə buraxsaq, nə baş verər? Əksəriyyət, xüsusən kişilər kişiyə məsuliyyət yükləməyən cinsi əlaqəyə “hə” deyəcəklər; üstəlik, nikah olmadan, yaxud tərəflərə heç bir məsuliyyət yükləməyən nihilist cinsi əlaqə tendensiyasını, ilahi, əxlaqi yanaşma olmadan, hansı meyara əsasən yanlış hesab etmək mümkündür?! Hüququn hər şeyi tənzimlədiyi bir dövrdə tərəflərin öz razılığı ilə baş verən nikahdankənar cinsi əlaqəyə modern Qərbdə artıq pis bir şey kimi baxmırlar. Çünki modern təfəkkür bu akta pis baxmır. Belə bir dünyagörüşünün daşıyıcısı olan insanlara mənə irad bildirən dostum nəyə əsasən bu hərəkətin pis olduğunu izah edəcək?
b. Yeni gender tipləri arasında seçim edən və bunu hər bir fərdin öz seçim hüququ ilə əsaslandıran birisinə nəyə istinadən ibnəliyin, lezbiyanlığın yaxşı olmadığını izah edəcəksən?
c. Heç kimin olmadığı yerdə nalayiq danışmağı, yaxud dostların öz aralarında söyüş söyməsini (dostlar əgər bunu öz aralarında normal hesab edirlərsə) obyektiv əxlaq norması olmadan necə qəbahət hesab etmək mümkündür? Artıq danışıq norması halına gələn bu halın pis olduğunu hansı meyarla əsaslandırmaq mümkündür?
Misalların sayını çoxaltmaq mümkündür...
Unutmayaq ki, bu gün mənəvi müstəvidə çox şeyi “fərdin hüquqları”, “fərdin xoşbəxtliyi”, “fərdin seçimi” deyilən neo-yanaşmalar tənzimləyir.
Bir sözlə, Tanrını sərf-nəzər edən baxış bucağı əxlaqın obyektivliyini inkar edərək onun nisbiliyini iddia etmiş, bununla da ailədə, insana baxışda, həyata münasibətdə mənəvi dəyərlərə biganə qalmış, nikahın əhəmiyyətini mühakimə etmiş, əxlaqın ixtisarı hesabına fərdin azadlığını şişirtmişdir. Tanrını kilsəyə salan “maarifçilər”in xələfləri 16+ filmləri qanunla himayə olunan sahə halına gətirmiş, görünüşü nümayiş etdirməklə pul qazanma təmayülünü ön plana çıxarmış, yeni gender tiplərinin yaranmasına “xeyir-dua” veriiblər.