
300 min ziyan vuran qrup ələ keçib
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Hər kəsin dini inanc azadlığı təkcə onun bu gün ortada olan dini cərəyan və təriqətlərə qoşulmaq azadlığı deyil. Bu azadlıq təkcə: hər kəs öz istəyi ilə islam, ya buddizm, ya yəhudi, ya xristian, ya tenqri dininə ibadət etməyi seçə bilər.
Hər xristian ortodoks, katolik, protestant, Yeqova şahidi və başqa təriqətə üzv olmağı seçə bilər.
Hər müsəlman istədiyi təriqəti seçə bilər, özü yeni təriqət və cərəyan yaratmağa çalışa bilər, bunu təbliğ edə bilər. İstəyirsən ələvi ol, istəyirsən sələfi ol, nəqşibənd ol, şiə ol, tanrıçı ol. Seçim azadlığın var.
Bir cərəyan və ya təriqət başqalarına nifrət, zorakılıq, həqarət təbliğ etmirsə, kimsə onu qadağan edə bilməz.
Nə istəyirsən ol. Sadəcə başqalarının inancını, adətini təhqir etmə, aşağılama, onlara həqarət etmə, zorakılığa və düşmənçiliyə çağırma.
Din sahəsində problem bəzilərinin düşündüyü kimi heç də fərqli din, təriqət və cərəyanların çoxluğu deyil.
Problem bəzi ölkələrin, din pərdəsi altında gizlənən siyasi qrupların dini Troya atı kimi istifadə etməyə çalışmasıdır. Məsələn, İran, ya körfəz ölkələrini götürək. Biri şiəliyi, biri sələfiliyi Troya atına çevirib.
Başqaları da var.
Amma Azərbaycanda ən çox üzdə olan radikallar onlardır bu gün.
Bir-birlərinə, başqalarına təhqiramiz sözlər atmağı savab qazanmaq sayırlar sanki.
Başqaları, onların inancları, düşüncələri haqqında təhqiredici danışmaq üç kökdən qidalanır:
1. Aşağı intellekt və təhsil səviyyəsi, ədəb çatışmazlığı. Yüksək dini ideallar xırdalayırlar bəzən. Amma sadə bir ədəb nədir, bilmirlər. Əgər bu ədəbsizlik və həqarət onların inanc sistemindən gəlirsə, bunu bir daha dəyərləndirməlidirlər.
2. Psixoloji dəngəsizlik, həddən artıq emosionallıq
3. Qəsdən gərginlik, dava salmaq məqsədi
Hər məsciddə, hər dini çıxışlarda deyilən cümlələrdən biri bu olmalıdır: “Bütün fərqli dini inanc və baxışlara, onların ardıcıllarına dözüm və sayğı bəsləyirik”.
Bunu hər kəs bir-birinə deməlidir. Bütün yazılı, səsli və görüntülü dini çıxışlarda bu cümlə ya yazılı, ya səsli yayılmalıdır.